Məşhur yoqin Sadhqurunun Bakıda çıxışı baş tutub - FOTOLAR

Məşhur yoqin Sadhqurunun Bakıda çıxışı baş tutub - FOTOLAR

Hindistanın Bakıdakı Səfirliyi “Isha” Fondu ilə birgə 1 may 2022-ci il tarixində “Torpağı Qoruyaq” qlobal ətraf mühit təşəbbüsü ilə əlaqədar olaraq məşhur yoqin Sadhquru ilə görüş təşkil edib. SİA-nın verdiyi məlumata görə, “JW Marriott Absheron Baku” mehmanxanasında keçirilmiş tədbirdə xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri, Sadhqurunun Azərbaycandakı pərəstişkarları, eləcə də Hindistan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Hindistan Respublikasının Azərbaycandakı Səfiri cənab Bavitlunq Vanlalvavna çıxış edib. Sonra isə Sadhquru torpağı və ətraf qorumağın vacıbliyindən danışıb, eləcə də tədbir iştirakçılarının suallarına cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə