Azərbaycan Cənubi Qafqazın ən başlıca ölkəsidir - DEPUTAT ŞƏRH ETDİ
"ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Bunu əhəmiyyətli edən məsələlərdən biri də əlbəttə ki, dövlət başçısının burada iştirakı və çıxış etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, cənab Prezident çox ciddi məsələlərə toxundu: “Ermənistan əgər Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, onu bir ada kimi təcrid etmə siyasəti yeritsə, hər şeydən çox özlərinin ziyan çəkəcəyini bildirdi. Eyni zamanda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini qeyd etdi. Bütün bunlar göstərir ki, Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqazın ən başlıca ölkəsidir. Onun iştirakı olmadan burada nə inkişaf, nə də əməkdaşlıq mümkündür. Amma Azərbaycan da öz qapılarını açıb. Bütün qonşu dövlətlərlə təbii ki, Ermənistan xaric yaxşı əməkdaşlığı, perespektivi var.
Təbii ki, cənab Prezident qeyd etdi ki, düz 1 il keçdi ki, artıq 1 ildən sonra erməni hakimiyyəti və xalqı dərk edib ki, sülh onlar üçün nə qədər vacibdir. Hazırda bütün radikal, revanşist qüvvələrlə yanaşı sülh çağırışları da var.
Təsadüfi deyil ki, ABŞ və digər ölkələrdən müraciət edənlər Azərbaycan Respublikasının Prezidentini təqdir etdilər. Hətta təklif edildi ki, belə bir konfrans gələcəkdə Laçın şəhərində keçirilsin. Çünki Prezident bildirdi ki, gələcəkdə Ağdam, Füzuli və digər ərazilərdə də bu cür görüşlər, konfranslar keçirmək mümkündür. Bu çox real bir məsələdir. Buna görə də mən bu konfransı olduqca yüksək qiymətləndirirəm. Təsadüfi deyil ki, bütün nümayəndələr Azərbaycanı, belə bir forumun keçirilməsi münasibətilə cənab Prezidenti təbrik etdilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB