Bu cür tədbirlər Şuşanı və paytaxt Bakını müzakirə mərkəzinə çevirəcək - POLİTOLOQ ŞƏRH ETDİ
"Ölkəmizdə artıq dəfələrlə müxtəlif siyasi tədbirlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, özəliklə Nizami Gəncəvi Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi bu tədbirlər müstəsna əhəmiyyətə malikdir: "Nəzərə almaq lazımdır ki, bütövlükdə "Şuşa ili" çərçivəsində Dünya Azərbaycanlıların V qurultayı və onun arxasınca Cənubi Qafqaza baxışla əlaqədar olaraq xarici diplomatların və şərhçilərin qatıldığı önəmli tədbirdən bir gün sonra ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bütün regionun ən önəmli ölkəsinə çevrilib. Həmçinin ölkəmizdə hal-hazırda müxtəlif istiqamətli tədbirlər həyata keçirilir. Bunun nəticəsində həm Şuşa, həm də paytaxt Bakı ən önəmli siyasi platformalardan birinə çevrilib. Mən düşünürəm ki, bu tip müzakirələr və beyin fırtınaları gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə də təşkil olunacaq. Bu kimi tədbirlər ən gözəl təbliğat vasitəsinə çevrilərək, bütün dünyaya tanınmağımızda önəmli rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB