Artıq fərqli mexanizmlərdən istifadə edilə bilər - POLİTOLOQ AÇIQLADI
"Ermənistan tərəfindən təxribatçı addımlar 10 noyabr bəyanatından bu günə qədər davamlı şəkildə müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, danışıqlar prosesində hər hansı bir uğurlu nəticə əldə olunduqda qarşı tərəf qeyri-adekvat addımlar atır: "Bu da ümumilikdə həm prosesin gedişatına, həm də əldə olunmuş razılıqlar çərçivəsində əməli addımların atılmasına mənfi təsir göstərir. Nəzərə alsaq ki, Brüssel danışıqları nəticəsində delimitasiya və demarkasiya məsələlərinin həll olunması ilə bağlı ümumi komissiyanın yaradılması, həm də Azərbaycan tərəfindən təqdim olunan 5 prinsip əsasında sülh danışıqlarına başlanılması ilə bağlı ortaq mövqe nümayiş etdirilmiş və razılıq əldə edilmişdir. Atılan bu addımlar, bütün təxribatçı çıxışlar, eyni zamanda diversiya qrupunun Azərbaycan sərhəddini keçməyə cəhd etməsi ümumi prosesin gedişatına mənfi təsir edəcək amillərdir.
Azərbaycan Respublikası bu günə qədər rəsmi şəkildə bəyan edib ki, hər hansı bir formada üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistan xoş münasibət nümayiş etdirmədiyi halda artıq bundan sonrakı mərhələdə Azərbaycan Respublikası da eyni mövqedən çıxış edə bilər. Bu günə qədər sülh danışıqları ilə bağlı kifayət qədər çox iş Azərbaycan tərəfindən görülüb. Bundan sonrakı mərhələdə də əgər, xoş niyyət nümayiş etdirmədiyi halda birbaşa olaraq proseslərin tənzimlənməsində artıq fərqli mexanizmlərdən istifadə edilə bilər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB