Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanı qələbələrə aparır - DƏYİRMİ MASA - FOTOLAR - VİDEO
"Səs" qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş növbəti dəyirmi masa keçirilib
"Səs" qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanı qələbələrə aparır" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Məclisin İntizam Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elnur Sadıqov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsini müdiri İlham Əliyev açaraq Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə nəzər salıb, Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün böyük və zəngin irs qoyduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər dönməz əqidəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul edilən böyük Şəxsiyyətdir".
İ.Əliyev Ulu Öndərin müstəqil respublikamıza rəhbərliyi dövründə əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirildiyini bildirib. Qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya xəritəsində yeri və rolu möhkəmlənib, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilib.
"Səs" qəzetinin əməkdaşı:
- Eldar müəllim, Ulu Öndər Heydər Əliyevin yaxın əqidə dostlarından və silahdaşlarından olmusunuz. Dahi Öndərin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdıraq xilaskarlıq missiyasını yerinə yetirməsini necə xarakterizə edərdiniz? Dahi Öndərimizlə bağlı xatirələrinizi də bizimlə bölüşmək maraqlı olardı.
ÜMUMMİLLİ LİDER HƏLƏ SOVET DÖVRÜNDƏ BİLİRDİ Kİ, AZƏRBAYCAN MÜSTƏQİL DÖVLƏT OLACAQ
ELDAR İBRAHİMOV:
- Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız Dahi Şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin çıxışlarının birində söylədiyi fikirləri xatırlatmaq yerinə düşər: "Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Yəqin ki, dünyaya gəlişimlə beş-on, lap uzağı otuz-qırx nəfər sevinib, yaxud da biri digərindən muştuluq alıb. Bu gün bəlkə də bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım həm qibləgahdır, həm də Ziyarətgah. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm, bundan sonrakı günlərimi də ona qurban deyirəm". Ulu Öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Həqiqətən də Ulu Öndər Heydər Əliyev Azərbaycanı çox sevirdi. Ümummilli Lider hər zaman çıxışlarında bildirirdi ki, mənim gecə-gündüz fikrim Azərbaycanı inkişaf etdirmək və Qarabağ məsələsini həll etmək idi.
Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev üçün ən önəmli məsələlərdən biri də Azərbaycan dilini yaşatmaq idi. Dili yaşatmaq xalqı yaşatmaq deməkdir. Hələ 1978-ci ildən Azərbaycanda Konstitusiya qəbul olunanda Azərbaycan dili dövlət dili olundu. Həmin vaxtlarda bütün respublikalarda dövlət dili rus dili idi. Ulu Öndər Heydər Əliyev istəyirdi ki, dövlətimizin müstəqil dili Azərbaycan dili olsun. Ümummilli Lider hələ o sovet dövründə bilirdi ki, Azərbaycan nə vaxtsa, müstəqil bir dövlət olacaq. Müstəqillik illərində Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, rifahın, tərəqqinin Azərbaycan modelini yaratdı. Müstəqil Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, dövlət-vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi ilə Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmış oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra qısa müddət ərzində atəşkəs elan olundu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Əsası Ümummilli Lider tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğaldan azad etdi. Ulu Öndərin yeganə arzusu da bu idi. Ümummilli Lider Kəlbəcər rayonunun sakinləri ilə görüşündə qeyd etmişdi ki, biz hökmən Qarabağa qayıdacağıq. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var və danışdıqca tükənmir.
ULU ÖNDƏRİN HAKİMİYYƏTƏ QAYIDIŞI MÜSTƏQİL AZƏRBAYCANIN TƏMƏLİNİ MÖHKƏMLƏTDİ VƏ ƏBƏDİ ETDİ
ŞAHLAR ƏSGƏROV:
- Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. O vaxtkı iqtidarın səristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunur. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi və qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın təməlini möhkəmlətdi və əbədi etdi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son illərdə görülən işlər bunun deməyə əsas verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb.
ULU ÖNDƏR AZƏRBAYCANIN ƏN BÖYÜK MİLLİ SƏRVƏTİ OLAN NEFTİ MÜSTƏQİL AZƏRBAYCANA SAXLADI
MUSA QULİYEV:
- İlk olaraq "Səs" qəzetinə belə bir dəyirmi masanı təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Bu vacib və aktual mövzu ətrafında dəyirmi masanın təşkil olunması çox əhəmiyyətlidir. Bir həqiqət var ki, Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyətini dünyanın bir çox institutları tədqiq edir və bununla bağlı əsərlər yazılır. Amma biz yenə də bu cür xarizmatik Liderin, Dahi Şəxsiyyətin həyat və fəaliyyəti barədə hələ uzun illər danışacağıq, mən buna əminəm. Azərbaycanda tarixində böyük, dahi insanlar çox olub. Amma Heydər Əliyev bunların hamısının fövqündə duran şəxsiyyətdir. Ən azı ona görə ki, Heydər Əliyev iki biri-birinə ideoloji və iqtisadi baxımdan zidd sistemdə yaşayıb, ölkəyə başçılıq edib. SSRİ məkanında öz iqtisadi göstəricilərinə görə axırdan ikinci olan ölkəni əvvəldən ikinci yerə gətirib çıxarıb. Eyni zamanda müstəqil Azərbaycana da rəhbərlik edərək, ölkənin inkişafı üçün əlindən gələni edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafındakı rolu misilsizdir və bunu sözlə ifadə etmək mümkün deyil. Azərbaycan kəndi 1969-cu ildə ən acınacaqlı bir vəziyyətdə idi. Azərbaycan fəhləsi, müəllimi, alimi öz əməyinə görə SSRİ məkanında ən az əməkhaqqı alan kadrlar idi. Çünki ölkənin əmək bazarları və münasibətləri məhdud bir səviyyədə idi. Dahi Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə strateji qanunlar qəbul etdi. Şüar isə "Qoy ədalət zəfər çalsın" idi. O cür bir dövrdə ədalət zəfər çalsın demək, ədalətin olmadığının göstəricisi idi. Deməli, ədalət ya yoxdur, ya da ədalət hələ zəfər çalmayıb. Bu bütün bir ölkəyə, respublikaya mesaj idi ki, daha bu cür yaşamaq və işləmək olmaz. Heydər Əliyevin zamanında SSRİ Nazirlər Kabineti Azərbaycanla bağlı 5 qərar qəbul etdi. Heç zaman belə bir hadisə baş verməmişdi. Bu qərarlarda pambıqçılıq, şərabçılıq, kimya sənayesinin və s. inkişafı öz əksini tapmışdı. Nikolay Baybakov bakılı idi. O çox maraqlı bir söz demişdi: "Heydər Əliyev sovet höküməti rəhbərlərinin başını pambıq və üzümlə qataraq, Azərbaycanın ən böyük milli sərvəti olan nefti müstəqil Azərbaycana saxladı". Bu böyük bir siyasət idi. Yəni Heydər Əliyev istəsəydi həmin dövrdə indikindən də çox neft çıxara bilərdi. Amma o, bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil olacaq və Azərbaycanın ən böyük sərvəti budur. Amma pambığı, üzümü və digər kənd təssərrüfatı məhsullarını torpağın varsa, istənilən vaxt əkə bilərsən. Təbii ki, həmin dövr üçün bunların məhsuldarlığını qaldırmaq üçün paralel olaraq, Azərbaycanın kimya sənayesi də inkişaf etdi. Azərbaycanda həmin dövrdə kənd yerlərində yaşayan 100-lə sosialist əmək qəhrəmanı və digər SSRİ-nin yüksək mükafatlarına layiq görülən sadə kəndlilərimiz ortaya çıxdı. Bu həm də kənd insanın inkişafı demək idi. Eyni zamanda bu əmək bölgüsünün də kənd və şəhər arasında düzgün bölünməsi demək idi. Sumqayıt, Gəncə, Mingəçevir o zaman inkişaf etdi. Bakıda bir çox sənaye zavodları istifadəyə verildi. O zavodlarda da Azərbaycan balaları işlədi. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadiyyatı 2,5 dəfə artdı. İqtisadiyyatın 2,5 dəfə artması möcüzə idi. Həmin rekordu da Cənab Prezident İlham Əliyev təkrarladı. 2003-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,1 dəfə artdı.
ULU ÖNDƏR 1969-CU İLDƏ MƏRKƏZİ KOMİTƏNİN BİRİNCİ KATİBİ SEÇİLDİKDƏ MÜSTƏQİL DÖVLƏT QURUCULUĞUNUN ƏSASI QOYULDU
VÜSAR İSMAYILOV:
- Çox dəyərli ziyalılarımız Ulu Öndərin həyat və fəaliyyəti haqqında dəyərli fikirlər söylədilər. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çox şaxəlidir. Yeni Azərbaycan Partiyası təsis olunduqda mən partiyanın ən gənc üzvlərindən biri kimi bu prosesə qoşuldum. Mən də keçirilən təsis konfransının iştirakçılarından biri olmuşam. Xatırlayıram, Şərur təşkilatının təsis konfransında Ulu Öndər Heydər Əliyev iştirak etdi. Orada hətta mən konfransın redaksiya heyətinin üzvü seçilmişdim. Yadımdadır ki, təqdimat olduqda hər kəs ayağa qalxırdı. Mən də ayağa qalxdıqda gənc olmağım Ulu Öndərin Heydər Əliyevin diqqətini çəkdi. Bu zaman Ulu Öndər çıxışında da bildirdi ki, gənclər bu prosesə cəlb olunmalıdır. Təbii ki, o zaman Ulu Öndər Heydər Əliyevi görmək çox böyük xoşbəxtçilik idi. Hətta hər birimiz can atırdıq ki, Ulu Öndər Heydər Əliyevi daha yaxından görək. Mən belə bir xoşbəxtliyə nail oldum. Bu xoşbəxt hissləri, duyğuları heç vaxt unutmayacağam.
Müstəqil dövlət quruculuğu Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Lakin diqqət etdikdə görərik ki, müstəqilliyə gedən yol 1969-cu ildən başlayıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Mərkəzi Komitənin Birinci Katibi seçildikdə əslində müstəqil dövlət quruculuğunun əsası qoyuldu. Artıq bütün sahələrin inkişafına böyük önəm verilirdi. Xüsusilə də iqtisadiyyatın inkişaf etməsi, təbii olaraq, digər sahələrin də inkişaf etməsinə təkan verirdi. Ulu Öndərin o dövrdə sənət adamlarına verdiyi diqqət və qayğı da böyük əhəmiyyət daşıyırdı. Hətta həmin dövrdə sənət adamlarının xarici ölkələrə səfərlərinin təşkil olunması çətin idi. Çünki Heydər Əliyev üçün Azərbaycanın tanıdılması birinci məsələ idi. Azərbaycanın tanıldılmasında iştirak edən şəxslər də Heydər Əliyev üçün doğma insanlar idi. Çünki həmin şəxslər nəinki SSRİ daxilində, hətta ondan kənarda belə Azərbaycanı tanıdırdılar. Təbii ki, bu şəraiti məhz Heydər Əliyev yaradırdı. İstər birinci, istərsə də ikinci Qarabağ savaşında açılan hərbi məktəbin zabitləri şəhid oldular. Müharibədə iştirak edən şəxslərin 70 faizi məhz elə Cəmşid Naxçivanski adına hərbi liseyi bitirən şəxslər idi. Bütün bunlar da təbii ki, yenə də Dahi Öndər Heydər Əliyevin fəaliyyətinin göstəricisi idi.
"Səs" qəzetinin redaksiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanı qələbələrə aparır" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Milli Məclisin İntizam Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elnur Sadıqov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsini müdiri İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə nəzər salıb, Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün böyük və zəngin irs qoyduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər dönməz əqidəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul edilən böyük Şəxsiyyətdir".
İ.Əliyev Ulu Öndərin müstəqil respublikamıza rəhbərliyi dövründə əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirildiyini bildirib. Qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya xəritəsində yeri və rolu möhkəmlənib, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilib.
HEYDƏR ƏLİYEV TALEYÜKLÜ MƏSƏLƏLƏRİ ZAMANINDA MƏRHƏLƏ-MƏRHƏLƏ HƏYATA KEÇİRƏN BÖYÜK ŞƏXSİYYƏTDİR
ELNUR SADIQOV:
- Biz bu gün çox aktual bir mövzunu müzakirə edirik. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin 99 il öncə Azərbaycanda dünyaya gəlməsi və Onun Azərbaycan xalqına mənsub olması xalqımızın xoşbəxtliyidir. Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə həsr edən Ümummilli Lider Heydər Əliyevin həyat yolu daim tədqiq olunacaq və öyrəniləcəkdir. O, Azərbaycanının taleyüklü məsələlərini zamanında mərhələ-mərhələ həyata keçirən Böyük Şəxsiyyətdir. Müxtəlif cəmiyyətlərin, sosializm quruluşunun, bazar iqtisadiyyatının olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev həmin dövrə uyğun olan siyasi-iqtisadi məsələləri həyata keçirməsi hər bir liderə mənsub olmur. Nəticə etibarilə bu gün Heydər Əliyevin Azərbaycan xalqının taleyinə və elm-təhsil sferasına xüsusi diqqəti öz nəticələrini verməyə başlayır. Mən həmişə bu məsələni qeyd edirəm ki, dərs dediyim xarici ölkələrdə mənə Azərbaycandan gəlmiş qonaq professor kimi yox, eyni zamanda inkişaf etmiş bir ölkənin vətəndaşı kimi yanaşılır. Ulu Öndər həmişə vurğulayırdı ki, bizim gənclər Azərbaycanı xarici ölkələrdə təmsil etməlidir. Bu da bir gənc kimi hamının arzusu idi. Heydər Əliyevin apardığı siyasət nəticəsində xüsusilə iqtisadi sahədə xarici ölkələrdə Azərbaycanın bu təcrübəsini bu günə qədər öyrənirlər. SSRİ dağıldıqdan sonra Azərbaycanın hansı vəziyyətdə olduğunu hamı bilir. Xarici borcların meydana çıxması ilə artıq o dövrdə acınacaqlı bir vəziyyət idi. Xarici borcla ölkəni idarə etmək mümkün deyildi. Çünki artıq sən borcu olan bir ölkəsən. Bu şəkildə ölkəni idarə edə bilmək həmin ölkənin sərkərdəsindən asılıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi bir Sərkərdəsi ölkəyə rəhbərlik etməyə başladı.
DÖVLƏTÇİLİK, AZƏRBAYCANÇILIQ İDEOLOGİYASINA SADİQ SAĞLAM GƏNCLİK YETİŞİB
FƏSLİ NƏBİYEV:
- Məndən əvvəl çıxış edən uzun illər ictimai-siyasi fəaliyyətləri ilə seçilən partiyamızın üzvləri bir daha Azərbaycanın müasir tarixinin səhifələrini vərəqlədilər. Gənc olaraq bu mənə çox xoş təsir bağışladı. Bir dövlətin gələcək inkişafını uğurlu şəkildə təmin etməsi üçün onun savadlı və vətənpərvər bir gəncliyə sahib olması çox önəmli məsələdir. Çünki gənclik cəmiyyətin əsas aparıcı qüvvəsidir. Onlar Azərbaycanın inkişafının əsas təminatçısıdırlar. Gənclər cəmiyyətin əsas enerjisinin toplandığı bir təbəqədir. Azərbaycan o dövlətlərdən biridir ki, onun vətənpərvər, məhz bu cür yüksək keyfiyyətlərə cavab verən gəncliyi var. Əlbəttə, bu cür gəncliyin yetişməsi də təsadüfi deyil. Bu, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə xalqın böyük təkidi və dəstəyi ilə hakimiyyətə döndükdən sonra dövlət quruculuğu işində əsas üstünlük verdiyi sahələrdən biri də məhz gənclərlə iş, dövlətin gənclərlə siyasətinin müəyyənləşdirilməsi və onun inkişafı idi.
Məhz 1990-cı illərdə Azərbayacn gəncliyinin inkişafı istiqamətində atılan addımlar, yaradılan qanunvericilik bazası artıq XXI əsrdə Azərbaycan gəncliyinin fərd olaraq yetişməsi ilə nəticələndi. Ulu Öndərin çıxışlarında belə bir hissə var idi ki, Azərbaycan gəncliyi 20-ci əsrdə toplanmış tarixi təcrübələrə əsaslanaraq, 21-ci əsrdə Azərbaycanımızı irəliyə doğru apararaq onu inkişaf etdirəcək. Əslində, bu 21-ci əsrdəki gəncliyin üzərinə çox böyük tarixi bir məsuliyyət qoyurdu. Belə ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2000-ci illərin əvvəllərindən həyata keçirilən dövlət gənclər siyasəti son 20 il ərzində müasir Azərbaycan gəncliyinin formalaşmasına gətirib çıxardı. Həmin gənclik Ulu Öndər Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ideologiyasına sadiq qalaraq tam sağlam vətəndaş kimi yetişdilər. Onlar ölkəmizin inkişafı yolunda səfərbər oldular. Bu işin aparılmasında son 20 ilə yaxın dövrdə dövlət gənclər siyasəti çərçivəsində aparılan işlər böyük önəm kəsb edir. Bu illər ərzində Azərbaycanda gənclərdən ibarət böyük könüllülər ordusu formalaşdı.
Bizim gənc nəsil o qədər xoşbəxtdir ki, onlar canlı şəkildə Ulu Öndərin əsasını qoyduğu ideoloji dəsti-xəttin tamamlanmasını gördülər. Onlar vaxtında atılan addımlara şahidlik etdilər.
Ulu Öndər Heydər Əliyev Azərbaycançılığın yaradıcısı və müdafiəçisidir

ELDAR İBRAHİMOV:
- Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onu dövlətçiliyinin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ümummilli Liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmamışdır. O, həmişə zirvədə durmuş, durur və əbədi olaraq duracaqdır. Çünki Ulu Öndər Heydər Əliyev Azərbaycançılığın yaradıcısı və müdafiəçisidir. Bu Şəxsiyyətin xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir. Ümummilli Lider Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Onun yaşadığı zaman tarixə çevrildi.
Azərbaycan bugünki inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun əldə olunmasında Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Dövlət başçısının 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişafını təmin edib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Dövlət başçısının rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Bütün bunlarla yanaşı, ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. Ərazi bütövlüyümüzü təmin etmək iqtidarında olan və bunu 44 günlük Vətən müharibəsində təsdiqləyən müzəffər ordumuzun dövlət başçısının ölkəyə rəhbərliyi dövründə həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminatı həyata keçirildi. Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqların işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışa başlayıb. Bu gün Azərbaycan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərini davam etdirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB