COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı.
SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.
O bildirib ki, koronavirus əleyhinə peyvənd mövsümi olması ilə bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ bu barədə düşünülmür: "Ümumilikdə bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar".
"Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması isə təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır" - ÜST rəsmisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB