“Mən Türkiyə və Rusiya dövləti arasında baş verən danışıqların yaxın müddətdə bir nəticə verəcəyinə inanmıram”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Rusiya istər danışıqlar, istərsə də, apardığı müharibə vasitəsi ilə bütün dünyanı "barmağına dolayıb". Vladimir Putin intelektual səviyyəsinə, mədəni tərbiyyəsinə və digər psixoloji keyfiyyətlərinə görə bir mənalı qiymət verəcəyim adamlar kateqoriyasına daxil deyil. Fikrimcə, Ukrayna və Rusiya dövləti arasında baş verən münaqişələr danışıq yolu ilə sonlanmayacaq. Ona görə də, yaxşısı budur ki, Türkiyə də NATO dövlətlərinin üzvü kimi davransın və bu şər yuvasının bir dəfəlik darmadağın edilməsi istiqamətində öz tövhəsini versin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB