Qurultay dünya azərbaycanlılarının gücündən istifadə yolunda böyük şanslar açır - EKSPERT ŞƏRH ETDİ

Qurultay dünya azərbaycanlılarının gücündən istifadə yolunda böyük şanslar açır - EKSPERT ŞƏRH ETDİ

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin ən böyük önəmi torpaqlarımızın azad olunması uğrunda mübarizədə Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan milyonlarla soydaşlarımızın vahid və yenilməz bir qüvvə olmasının nümayişi baxımdan olduqca əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, bu hadisə bir daha göstərdi ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, dövlətimizin domenant və rəhbər rolu əsasında Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın hər birinin rolu vardır: “V qurultayın Şuşada keçirilməsi erməni vandallığının bütün detallarının bir daha dünya azərbaycanlılarına göstərilməsi üçün fürsət oldu. Xaricdə yaşayan hər bir azərbaycanlı bu gün bu reallıqların həm də dünya miqyasındakı daşıyıcılarıdır. O mənadakı, erməni vandallığının dünyada nümayiş etdirilməsi daşıyacağı informasiya çox böyük rol oynayacaq. Torpaqlarımızın erməni işğalından azad olunması uğrunda mübarizə aparmış, bu çətinliyə dözmüş Azərbaycan xalqının son 28 ildə hansı əzab-əziyyət və məşəqqətlərə dözdüyünün öz gözləri ilə görməsi çox önəmlidir. Şuşada keçirilən qurultay eyni zamanda torpaqlarımızın bərpa və təmir işlərində dünya azərbaycanlılarının gücündən istifadə yolunda böyük şanslar açır. Ona görə ki, dünya azərbaycanlılarının müəyyən bir hissəsi ümumiyyətlə müstəqillik əldə olunduqdan sonra Azərbaycanı tərk etmiş insanlar olduqlarına görə, onların həm ölkəmizin gücü, qüdrəti, həm də erməni vandallığının Azərbaycana vurduğu ziyanların miqyası ilə bağlı real təsəvvürləri yox idi. Bu mənada qurultayın Şuşada keçirilməsi həm bir örnəkdir, həm də dövlətimizin gücünün nümayişidir. Eyni zamanda dünya azərbaycanlılarının bir məbədgah olaraq, Azərbaycanın ətrafında sıx birləşməsinin də göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə