Təhsil sahəsində münasibətlərimiz uğurla inkişaf edir - BÜNYAD HÜSEYNOV

Təhsil sahəsində münasibətlərimiz uğurla inkişaf edir - BÜNYAD HÜSEYNOV

"Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya da daxil olmaqla bir sıra ölkələr üçün yeni iqtisadi imkanlar yaradacaq. Hazırkı yubileyin ötən dövrü xatırlamaqla gələcək münasibətlərin inkişafı istiqamətlərini müəyyənləşdirmək üçün əlverişli fürsətdir. Biz beynəlxalq aləmdə bir-birimizi dəstəkləyirik. Diplomatik idarələr və səfirliklər səviyyəsindəki münasibətlərə xüsusi dəyər veririk. Təhsil sahəsində münasibətlərimiz uğurla inkişaf edir”. SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi Bünyad Hüseynov Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycanın qələbəsi nəticəsində ortaya çıxan yeni reallıqlar, o cümlədən Zəngəzur dəhlizinin açılması həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üçün yeni iqtisadi imkanlar açacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə