Azərbaycan-Tacikistan əlaqələrinin 30 illiyinə həsr olunmuş dəyirmi masa - TƏDBİR-YENİLƏNİR

Azərbaycan-Tacikistan əlaqələrinin 30 illiyinə həsr olunmuş dəyirmi masa - TƏDBİR-YENİLƏNİR

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçiriləcək. SİA xəbər verir ki, dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soliyev açılış nitqi edəcəklər.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Tacikistan Respublikasında keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, Milli Məclisin deputatı, Azərbaycan -Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sektor müdiri Bünyad Hüseynov çıxış edəcəklər.

Tədbir Azərbaycan və rus dillərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə