Ermənilər təcavüzkar niyyətlərdən əl çəkməlidir - DEPUTAT AÇIQLADI
"Ermənilər üçün saxta soyqırımı iddiaları təcavüzkar milli ideologiyalarının ayrılmaz tərkib hissəsi və xarici siyasət kurslarında mərkəzi istiqamətdir. İrəvan bu ritorikadan əl çəksə faktiki olaraq 100 illik dövlətçilik tarixlərindən əl çəkməlidir. Çünki, bir millət olaraq tanınmalarına görə “soyqırıma məruz qalmış”, “yardıma ehtiyac duyan yazıq toplum” imicinə borcludurlar. Etiraf edək ki, bu imicdən də çox böyük ustalıqla xarakterlərinə uyğun saxtakarlıqla istifadə edə bilirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əslində qondarma "soyqırımı" ideyaları barədə əsl həqiqəti bütün dünya bilir: "Hətta, Ronald Reyqanın müşavirinin bununla bağlı açıq mənbələrdə fikirləri də var, hər kəs əslində nələrin baş verdiyini gözəl bilir. Sadəcə Türkiyəyə və son 30 ildə isə Türk dünyasına, xüsusən də Azərbaycana qarşı bu saxta ideologiyadan təzyiq və təsir vasitəsi kimi istifadə olunmaqdadır.
Lakin bilirsiniz ki, artıq reallıq dəyişib. Türkiyə Avropa və Yaxın Şərqdə, Azərbaycan isə Qafqazda yeni bir düzən qurub. Hər iki dövlət artıq diqtə edən hərbi siyasi gücdür və “soyqırım” iddiaları ilə təhdidlər əvvəlki dövrlərdəki kimi təsirli deyil. Hətta, hər il səbrsizliklə ABŞ Prezidentindən gözlənilən məlum ifadə belə səsləndikdən sonra effektsiz qaldı. Prezident İlham Əliyevin hücum siyasəti doktrinası Ermənistanın özünü artıq ideoloji mənada çətin duruma salıb, “soyqırım” adlı alətdən məhrum edib. Məhz cənab İlham Əliyevin müəyyən etdiyi konfiquriasiyanın işə düşməsi ilə Azərbaycanın Ermənistanı sənədləşmiş faktlar qarşısında qoyması, 1918-ci il qırğınları ilə bağlı siyasi ideoloji addımların atılması, Birinci və İkinci Qarabağ müharibəsində ermənilərin törətdiyi soyqırım aktları, müharibə cinayətləri, aşkarlanan və aşkarlanmaqda olan kütləvi məzarlıqlar, ən azı Lüksemburq ölçüdə bir ərazimizin mina ilə çirklənməsi, ekoloji terrorla bağlı köklü addımlar İrəvanı tədricən susmağa məcbur etməkdədir. Yəni, artıq dünya birliyi də fakt qarşısında etiraf etməli olur ki, əslində kim soyqırım törətdib, kim vandaldır və kim müharibə cinayətlərini davam etdirir. Bu mənada diqqət edirsiznizsə son iki ildə ermənilər, erməni diasporu əvvəlki şövqlə və ötən dövrdə olduğu kimi iddialı şəkildə ortaya çıxa bilmirlər.
Hesab edirəm ki, əgər bu gün bölgədə sülh və əməkdaşlıq mühitindən danışırıqsa İrəvan bütün qonşularına qarşı ərazi iddiaların və digər təcavüzkar niyyətlərdən vazkeçməli, o cümlədən uydurma soyqırım iddialarından əl çəkib arxivləri açmalı, əslində nəyin baş verdiyini alimlərin dilə gətirməsinə şərait yaratmalıdır. Habelə, erməni xalqı da anlamalıdır ki, qondarma soyqırım həssaslığı göstərən bölgə və dünya dövlətlərini əslində Ermənistan maraqlandırmır. Ortada bir məqsəd var, o da erməniləri alət kimi istifadə edib bölgədə maraqlarını təmin etmək və təəssüf ki tarix boyu ermənilər də həmişə istifadə olunmağı özlərinə şərəf bilib".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB