Bu, erməni həyasızlığının son həddidir - DEPUTAT ŞƏRH ETDİ

Bu, erməni həyasızlığının son həddidir - DEPUTAT ŞƏRH ETDİ

"Ermənilər hər il 24 aprel tarixini "soyqırımı günü" kimi qeyd edir. Təəssüflər olsun ki, keçən il ABŞ prezidentinin dilindən bu fikri eşitdirə bildilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ermənilərin əsas məqsədi Türkiyə dövlətinə bu soyqırımı qəbul etdirməkdir: "Bu, erməni həyasızlığının son həddidir. Ermənilərin bizə qarşı törətdiyi vəhşiliklər göz qabağındadır. Onlar dünyanın ən vəhşi hərəkətlərini bizim xalqımıza qarşı ediblər. Bildiyimiz kimi ermənilər Qərbin köməyilə Osmanlı dövlətinə qarşı hərəkətə başladılar. Onlara qarşı heç bir soyqırım hadisəsi olmayıb. Əksinə Ermənistanda türk qəbirləri ortaya çıxır. Erməni tərəfi həmişə öz vəhşiliyini digər dövlətlərin üzərinə atmağa çalışıblar. Buna görə də "erməni soyqırımı" ifadəsi qəbuledilməzdir və biz bunu birmənalı şəkildə rədd edirik”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə