ATƏT-in Minsk qrupu fəaliyyətsiz qurum kimi xatırlanacaq - DEPUTAT ŞƏRH ETDİ
"Keçən həftə cənab Prezidentin keçirdiyi müşavirədə giriş nitqinin əvvəlində postmüharibə dövründə Azərbaycandakı vəziyyətlə əlaqədar fikirlərini bildirdi. Cənab Prezident qeyd etdi ki, keçən bir il bizim üçün çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, çünki bu bir il ərzində həm işğaldan azad olunan torpaqlarımızın bərpasına start verdik, həm də postmüharibə dövründən sonra beynəlxalq arenada da bir çox reallıqların qəbul olunması istiqamətində çoxlu tədbirlər baş tutdu: "Bildiyimiz kimi Azərbaycan ilə BMT arasında əlaqələrin yaranmasının 30 illiyi münasibətilə tədbir Şuşa şəhərində keçirildi. BMT-nin Şuşanın və digər işğaldan azad olunmuş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının eləcə də özünə bir sübutdur. Təbii ki, keçən 30 il ərzində BMT öz qərarlarında ədalətli olmuşdur. Sadəcə olaraq bu prinsiplər 30 il ərzində icra olunmayıb. Bu prinsipləri biz özümüz icra etdik. İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupu tarixin arxivinə atıldı. Çox təəssüf olsun ki, bu 30 il ərzində Minsk qrupu və onun həmsədrlərinin bölgəyə 100-dən çox boş və mənasız səfərlərini gördük.
Cənab Prezident qeyd edib ki, ayrı-ayrı təşkilatlarda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşərkən biz onlara sual verdik ki, siz indi nə ilə məşğul olacaqsınız? Onlar bir il ərzində bu sualların heç birinə cavab verə bilmədilər. ATƏT-in Minsk qrupu artıq de-yure fəaliyyət göstərsə də, de-fakto bu gün dağılıb. Çünki münaqişədə olan həmsədrlərin təmsil etdiyi ölkələr bu gün Rusiya-Ukrayna münaqişəsində bir-birilərinə qarşı daha kəskin mövqedə olduqları üçün bu qurumun ümumiyyətlə, fəaliyyəti yoxdur. Artıq Avropanın Azərbaycan hqəqitələrini qəbul etməsi son bir ildə əldə olunan ən uğurlu nəticədir. Yerdə qalan digər məsələlərin həllində isə ATƏT-in Minsk Qerupunun həmsədrləri yox, Azərbaycan birbaşa fəaliyyət göstərəcək. Hesab edirəm ki, artıq ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir qurum kimi xatırlanacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB