Bu torpaqlarda bərpa işlərinin gedişatı Prezidentin daim diqqətindədir - DEPUTAT AÇIQLADI
"İşğaldan azad olunan torpaqlarda bərpa işlərinin gedişatı cənab Prezident İlham Əliyevin daim diqqətindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Prezidentin həmin regionlara səfəri, görülən işlərin gedişatı ilə yerində tanış olması, müvafiq tapşırıqların verməsi ilə bağlı cəmiyyət vaxtaşırı olaraq məlumatlandırılır: "Bugün cənab Prezidentin Füzuli və Şuşaya səfər etməsi işlərin gedişatına böyük diqqətin olduğunu göstərir. Verilən məlumatlar göstərir ki, işlər sürətlə davam edir.
Kommunikasiyalar yenilənir, Laçın şəhərinə daxil olmadan çəkilən yolun gedişatı təyin edilən plan üzrə normal sürətdə davam edir. Azərbaycan öz üzərinə götürdüyü vəzifələri bu gün uğurla həyata keçirir. Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləməsi ilə yanaşı, kommunikasiya məsələsinə də ciddi diqqət edir. Məcburi köçkün və qaçqınların tezliklə öz doğma dədə-baba yurdlarına qayıtmaları üçün bütün müvafiq işlər görülür.
Bildiyimiz kimi yaxın günlərdə Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. İlk dəfədir ki, həmyerlilərimizlə bağlı mühüm dövlət tədbiri paytaxtdan kənarda keçirilir. Bu tədbirin Şuşada keçirilməsi Şuşanın mədəniyyət paytaxtı kimi hər bir azərbaycanlı üçün çox qiymətli olduğunu bir daha sübut edir. Tədbirə hazırlıq sürətlə davam edir. Cənab Prezidentin həmin ərazilərdə işlərin gedişatı ilə bağlı yeni tapşırıqlar verməsi Azərbaycan dövlətinin bu bölgənin inkişaf məsələlərini daima diqqətdə saxladığını, insan faktoruna böyük əhəmiyyət verdiyinin növbəti göstəricisidir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB