Moskva görüşündə hansı önəmli məsələlər danışıldı? - POLİTOLOQ ŞƏRH ETDİ

Moskva görüşündə hansı önəmli məsələlər danışıldı? - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiyanın paytaxtı Moskvada vacib görüşlərdən biri baş tutdu. Rusiya və Ermənistan Baş nazirinin görüşündə Qarabağ və Şərqi Zəngəzur məsələsi eyni zamanda Azərbaycan və Ermənistan münasibətlərində baş verən proseslər barədə müzakirələr aparıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirdi.

Onun sözlərinə görə, Ukrayna hadisələri fonunda Rusiya təbii olaraq Ermənistanı onun əhatəsindən ayrılmasına imkan verməyəcək: "Görüşlə bağlı verilən açıqlamalara nəzər saldıqda görürük ki, Ermənistan Rusiyanın istəklərini nəzərə alaraq onların tarixini, mədəniyyətini və təhsilini əhatə edən bəyənatlar verir. Ermənistan dövlətinin və cəmiyyətinin Rusiyadan uzaqlaşdırılması böyük narahatlıq doğurur. Həmçinin Ermənistan Rusiyanın orbitindən çıxmasın deyə müəyyən addımlar atılır. Ukrayna məsələləri fonunda Azərbaycanın qətiyyətli addım atması, bir sıra kəndlərimizdən ermənilərin qovulması və s. rusların istəməyərəkdən erməni silahlı qüvvələrinin əleyhinə olmasına gətirib çıxartdı. Ötən günlərdə rus sülhməramlılarının bir qrup erməni hərbiçisini zərərsizləşdirməsi bizə onu deməyə imkan verir ki, onlar artıq Azərbaycanın gücünü anlayaraq, hər şeyi dərk edirlər.

Moskvada Putin və Paşinyan arasında olan görüşdə nə Dağlıq Qarabağ məsələsi, nə də status məsələsi yer almadı. Görüşdə əsasən Azərbaycanın təklif və tələb etdiyi 3+3 məsələsi öz əksini tapırdı. Rusiyanın əsas məqsədi Azərbaycan və Ermənistan münasibətlərində Avropa İttifaqının eyni zamanda digər bir dövlətin yer almamasıdır. Onlar münasibətlərin tənzimlənməsində Moskvanın əsas rol oynamasını istəyirlər. Paşinyan Moskvadan Ermənistanın maraqlarını təmin edə bilməməsi ilə qayıtdı".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə