Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalı nəticəsində ev-eşiklərindən qovulan bir milyondan artıq vətəndaşımız üç onillik ərzində doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıb. Çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaq. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Artıq bir il yarımdan çoxdur ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Bu barədə Prezident İlham Əliyev Onun sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində ətraflı bəhs edib. “Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrin böyük bir qismi infrastruktur quruculuğunu, o cümlədən də müasir yol-nəqliyyat şəbəkəsinin qurulmasını əhatə edir. Respublikanın digər bölgələrindən işğaldan azad olunmuş ərazilərə avtomobil yolları müxtəlif istiqamətlərdən çəkilir. Obrazlı ifadə etsək, deyə bilərik ki, indi bütün yollar Qarabağa aparır. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Artıq bir neçə yol layihəsinin icrası tamamlanıb. Ötən il Füzulidən mədəniyyət paytaxtımız olan Şuşaya çəkilən 100 kilometr uzunluğunda Zəfər yolunun istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Hazırda Şuşaya aparan ikinci avtomobil yolunun (Əhmədbəyli-Füzuli-Şuşa), bu yol üzərində inşa olunan tunelin və körpülərin tikintisi də intensiv şəkildə davam etdirilir.
Paralel şəkildə Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yolunun və təxminən 4 kilometrlik tunelin inşası sürətlə davam etdirilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol, eləcə də Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur. Bu yol və 12 kilometrlik tunel istifadəyə verildikdən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq və məsafə qısalacaq. Eyni zamanda, Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasının digər mühüm bir istiqamətini dəmir yollarının inşası təşkil edir. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi aparılır. Bu yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Tikinti işləri iki mərhələdə həyata keçirilir.
Post müharibə dövründə işğaldan azad edilmiş ərazilərdə üç hava limanının yaradılması istiqamətində işlər aparılır. Hər üç hava limanı beynəlxalq səviyyəlidir. Qarabağ üzərində birinci hava qapısı Füzulidə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verildi. Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
Qarabağda ikinci hava qapısı Zəngilanda yaradılır. Prezidentin sözügedən müşavirədə anons etdiyi kimi, Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Hava Limanının təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Hava limanı istifadəyə verildikdən sonra işğaldan azad olunmuş ərazilərə yüklərin daşınması, eləcə də sərnişinlərin gediş-gəlişi asanlaşacaq.
Qarabağda daha bir hava qapısı Laçın rayonunun ərazisində yaradılır. Sözügedən infrastruktur obyektinin tikintisinin 2024-cü ildə yekunlaşacağı gözlənilir. Prezident İlham Əliyev bildirib ki, orada işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq!
44 günlük müharibəni zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Bu baxımdan, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması xüsusilə diqqət çəkir. Sözügedən nəqliyyat bağlantısının yaradılması haqqında müvafiq müddəa Azərbaycanın təkidi ilə üçtərəfli Bəyanatda yer alıb.
Məsuliyyətli dövlət olan Azərbaycan indiyədək Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli addımlar atıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur.
Ölkəmiz, eyni zamanda Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.
Böyük Qayıdışdan sonra bu torpaqların potensialından səmərəli istifadə etməklə iqtisadi qüdrətimiz daha da artacaq, böyük investisiyalar məkanı kimi tanınan ölkəmizə investisiya axını sürətlənəcək, Qarabağ və Şərqi Zəngəzur beynəlxalq turizmin ünvanına çevriləcək.
Ramella Əliyarova
YAP Qusar rayon təşkilatının gənc fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Mingəçevirdə 2 gəzinti qayığı toqquşub
Hadisə 01:22Basketbol millimiz beynəlxalq turnirə qatılıb
İdman 00:21Türkiyə İsrailə qarşı bu qərarı DƏSTƏKLƏDİ
Dünya 00:03Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu
İdman 8 Sentyabr 23:31Böyük Britaniya Ukraynaya 25 min dron verib - AÇIQLAMA
Dünya 8 Sentyabr 23:19Ermənistanda partiya sədrinin həbsi üç ay uzadıldı
Siyasət 8 Sentyabr 23:03İlin ən yaxşı futbolçusu adına namizədlər AÇIQLANDI- siyahıda kimlər var?
İdman 8 Sentyabr 22:31Balaxanıda yanğın olub
Hadisə 8 Sentyabr 22:19Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Siyasət 8 Sentyabr 22:02Saqqızı udsanız bədəninizə nə baş verir?
Səhiyyə 8 Sentyabr 21:51Qardaş və bacısız böyüyən insanlar necə fərqlidirlər?
Sosial 8 Sentyabr 21:26Dünyaya uşağın gözü ilə baxmaq haqqında bir kolleksiya...
Dəb 8 Sentyabr 21:07Hansı qidalar beyin sağlamlığının qorunmasına kömək edir?
Səhiyyə 8 Sentyabr 20:49Belaruslular rus turistlərə qapını göstərirlər...
Dünya 8 Sentyabr 20:28Rusiya rejimi əslində nədən qorxur?
Dünya 8 Sentyabr 20:06Putinin riyaziyyata qarşı xəyalları...
Dünya 8 Sentyabr 19:51“Kreml baş verənlərə nəzarəti itirir...”
Dünya 8 Sentyabr 19:26Şəkidə istirahət mərkəzində 2 nəfər ölüb
Hadisə 8 Sentyabr 19:16İqtisadçı: Rusiyanın altı ayı qalıb...
İqtisadiyyat 8 Sentyabr 19:07“Yazda Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək”
Dünya 8 Sentyabr 18:49Suraxanıda 14 kq narkotik aşkarlanıb
Hadisə 8 Sentyabr 18:43Putin və Tramp bir saat telefon danışığı aparıb
Dünya 8 Sentyabr 18:36Soçi soyunma otağından...ayıb olsun..?
Dünya 8 Sentyabr 18:27Çində sel nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Dünya 8 Sentyabr 18:25Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Sosial 8 Sentyabr 18:22Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
Sosial 8 Sentyabr 18:12Qaç və ya gizlən: Ruslar yeni səfərbərliyə hazırlaşırlar..?
Dünya 8 Sentyabr 18:05Britaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
Dünya 8 Sentyabr 17:57İran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 8 Sentyabr 17:55Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Hadisə 8 Sentyabr 17:53Səsimizə də inanmayacağıq? Süni intellekt dövründə yeni dələduzluq təhlükəsi - ARAŞDIRMA
Sosial 8 Sentyabr 17:52Yeni sədr kollektivə təqdim edildi
Sosial 8 Sentyabr 17:48Xaçmazın Çarxı kəndində növbəti səyyar qəbul keçirilib
Sosial 8 Sentyabr 17:43Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub
Sosial 8 Sentyabr 17:37Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir
Siyasət 8 Sentyabr 17:35Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 8 Sentyabr 17:22Yeni Azərbaycan Partiyası davamlı uğurlara imza atır
Siyasət 8 Sentyabr 17:22YAP Mərkəzi Aparatında görüş keçirilib
Siyasət 8 Sentyabr 17:08YAP xalqa layiqli xidmət nümunəsi yaradıb
Siyasət 8 Sentyabr 16:59Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır
Siyasət 8 Sentyabr 16:58"Şəhərlərin təcrübəsi qlobal baxışa inteqrasiya olunmalıdır"
Siyasət 8 Sentyabr 16:56Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir
Siyasət 8 Sentyabr 16:53Xalqımız YAP-ın fəaliyyətini yüksək qiymətləndirir
Siyasət 8 Sentyabr 16:53"Azərbaycan Xəzərdə hərbi-dəniz potensialını gücləndirir" - HƏRBİ EKSPERT
Texnologiya 8 Sentyabr 16:51"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI
Sosial 8 Sentyabr 16:17Macarıstan Rusiyanın 10 diplomatını ölkədən qovdu
Dünya 8 Sentyabr 16:17Türkiyə ilə Azərbaycan iqlim sahəsində tərəfdaşlığını davam etdiriləcək -FATMA VARANK
Siyasət 8 Sentyabr 16:11Azərbaycan 2035-ci ilədək istixana qazı emissiyalarını 40% azaltmağı hədəfləyir -ANAR QULİYEV
Siyasət 8 Sentyabr 16:07Ermənistan Rusiya mühacirətinin yeni dalğasına hazırlaşır
Siyasət 8 Sentyabr 16:06Almaniya yenidən nasistlərin nəzarətinə keçir - TƏHLİL
Siyasət 8 Sentyabr 15:58"Gənclər dövlət sosial siyasətinin əsas prioritetlərindən biridir" - SOSİOLOQ
Sosial 8 Sentyabr 15:50İrəvan Moskvaya etiraz edir
Siyasət 8 Sentyabr 15:40Xroniki yorğunluğun səbəbləri nələrdir?
Səhiyyə 8 Sentyabr 15:39Hədəflər reallığa çevrilir
Siyasət 8 Sentyabr 15:34YAP ölkəmizin inkişafında müstəsna rol oynayır
Siyasət 8 Sentyabr 15:31Yas mərasimlərinin müddəti necə tənzimlənə bilər? - İLAHİYYATÇI DANIŞDI
Sosial 8 Sentyabr 15:30Brüsselin oyunu və Ukrayna və Gürcüstan dərsləri - RAKURS
Siyasət 8 Sentyabr 15:16Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı - MÖVQE
Siyasət 8 Sentyabr 14:58Gənclər iqlim keçidində yeni imkanlardan yararlanmalı və prosesə töhfə verməlidirlər -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 14:53“Bu gün gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir” -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 14:49Mütəmadi nəzarətin aparılması gözəllik salonlarında təhlükəsiz xidmətin təminatıdır -HƏKİM
Sosial 8 Sentyabr 14:09Media və Yayım Şurasına sədr təyin edilib - SƏRƏNCAM
Sosial 8 Sentyabr 14:07“Rusiya-Ukrayna müharibəsi ilk növbədə enerji bazarlarını sarsıtdı“ -EKSPERT DANIŞDI
Siyasət 8 Sentyabr 13:51Rusiyanın müharibə xərcləri yeni rekorda çatıb
Siyasət 8 Sentyabr 13:51"Məişət tullantılarının düzgün idarə olunmaması çoxşaxəli problemdir" - EKOLOQ
Sosial 8 Sentyabr 13:40Vitkov Kiyev və Moskvadakı danışıqlar barədə...
Dünya 8 Sentyabr 13:31Lavrovun ailəsinin BƏƏ vətəndaşlığı olduğu aşkar edilib
Dünya 8 Sentyabr 13:24İran ABŞ-ı "iqtisadi müharibə" və yeni raketlə hədələyir
Dünya 8 Sentyabr 13:21PR-də strateji planlaşdırma: Uğurlu kommunikasiya necə qurulur?
Səhiyyə 8 Sentyabr 12:56"Azərbaycan–Özbəkistan qardaşlığı Türk dünyasının birliyinə mühüm töhfə verir" - MİLLƏT VƏKİLİ
Siyasət 8 Sentyabr 12:42“Baş verən sellər səbəbindən mina çirklənmələri çaylara axır” -VÜQAR SÜLEYMANOV
Siyasət 8 Sentyabr 12:36“Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil” -MƏCNUN MƏMMƏDOV
Siyasət 8 Sentyabr 12:29“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi – FOTOLAR
Texnologiya 8 Sentyabr 12:20Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik
Səhiyyə 8 Sentyabr 11:42İsrailin ifrat sağçı nazirləri Qəzzanın "əhalisinin çıxarılmasını" açıq müzakirə edir
Dünya 8 Sentyabr 11:39Tarixi abidələri, təbiət abidələrini və tikililəri qorumaq hər birimizin borcudur -SOSİOLOQ
Sosial 8 Sentyabr 11:29“Bakı İqlim Həftəsi 2026” aqrar çağırışların həlli üçün mühüm platformadır -TAHİR RZAYEV
Siyasət 8 Sentyabr 11:24“Azersun Holding” markaları uşaqları “Yenidən məktəbə” festivalına dəvət edir
Sosial 8 Sentyabr 11:04“Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır" -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 11:02Biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik -MUXTAR BABAYEV
Siyasət 8 Sentyabr 10:59İqlimədavamlı aqrar istehsal modelinin inkişafı gücləndiriləcək -MƏCNUN MƏMMƏDOV
Siyasət 8 Sentyabr 10:52Ukraynanın Baş prokuroru istefa verdi
Dünya 8 Sentyabr 06:05Tiflisdə tramvay xətləri yenidən bərpa olunur- QƏRAR
Dünya 8 Sentyabr 05:04Rusiyada iki təyyarə toqquşub
Dünya 8 Sentyabr 03:04Xırdalanda yanğın olub
Hadisə 8 Sentyabr 02:22Azərbaycanda şəhid anası vəfat edib
Sosial 8 Sentyabr 02:03Bu gün 2 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 8 Sentyabr 01:22Türkiyədə ağır yol qəzası - 4 ölü, 8 yaralı...
Dünya 8 Sentyabr 01:03"Bu ölkə ilə birgə layihələr portfeli 5 milyard dolları ötüb" - Baş nazirin müavini
İqtisadiyyat 8 Sentyabr 00:22"Hörmüz boğazındakı gərginlik dünyada inflyasiyaya səbəb olub"- Ərdoğandan AÇIQLAMA
Dünya 8 Sentyabr 00:02"Neftçi" yeni hücumçu transfer edib
İdman 7 Sentyabr 23:31Sumqayıtda 4 maşın toqquşub - 5 yaralı var
Hadisə 7 Sentyabr 23:18Özəl xəbərlər
Digər xəbərlərBritaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
Dünya 8 Sentyabr 17:57İran Hörmüz boğazında Amerika PUA-sını vurdu
Dünya 8 Sentyabr 17:55Səsimizə də inanmayacağıq? Süni intellekt dövründə yeni dələduzluq təhlükəsi - ARAŞDIRMA
Sosial 8 Sentyabr 17:52Dişləri sərt fırçalamaq olar?
Səhiyyə 8 Sentyabr 17:22"Azərbaycan Xəzərdə hərbi-dəniz potensialını gücləndirir" - HƏRBİ EKSPERT
Texnologiya 8 Sentyabr 16:51"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI
Sosial 8 Sentyabr 16:17
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



