ŞUŞADA QURULTAY: ERMƏNİLƏR İSTERİK HƏDDƏ VƏ AQONİYADA! TƏRS BAXIŞ+ÖZƏL
Dünya azərbaycanlılarının V qurultayının ilk dəfə işğaldan azad edilmiş və Qarabağımızın mirvarisi hesab edilən Şuşa şəhərində keçirilməsi erməniləri isterik həddə çatdırıb və onlar necə deyərlər, içlərini gəmirə-gəmirə qalmaqla yanaşı, sözün əsl mənasında, özlərinə yer tapa bilmirlər. Məsələ həm də ondadır ki, Şuşaya Azərbaycan diasporunun 65 ölkəsini təmsil edən 400-dən çox nümayəndəsi axın edir..!
Lakin Ermənistanla yanaşı, Qarabağdan rədd ediləcəklərini çox yaxşı, hətta əla bilən separatçı-cinayətkar rejimin baş quldurları da aqoniya vəziyyətinə mübtəla olublar. Məlumata görə, məhz qarabağlı ermənilərə məxsus cinayətkar klanın mətbu orqanı hesab edilən və SSRİ dövründə Ermənistan SSR MK-nın Kommunist partiyasının rəsmi media qurumu sayılan “Qolos Armenii” (Ermənistanın səsi) qəzeti “Paşoinyanı oxuyun və ya onunla Bakı mətbuatını oxuyun, sonra da küçələrə çıxın” sərlövhəli material dərc edib. Həmin məqalə dərhal digər müxalifət ruporlarına məxsus media orqanlarında da çap olunub.

Ən qısa zamanda Azərbaycanın həmin əraziləri də separatçı-cinayətkarlar yığnağından 100%-lik hədlə təmizlənəcək!
Belə bir mühitdə Robert Koçaryanla Serk Sarqsyanın qələmbazları da öz mətbuatlarında “Paşinyan Qarabağı təslim edir” tipli başlıqlı məqaslələri ilə yaxa-başlarını yırtırlar və unudurlar ki, Qarabağ artıq 2020-ci ilin payızında azad edilib və ermənilərin bundan sonra prinsipcə “təslim” etməyə nələri isə qalmayıb. Və əgər onlar Xankəndi və daha bir neçə anklavın onlarda qalacağını düşünürlərsə, burada da çox böyük səhvə yol verirlər. Ən qısa zamanda Azərbaycanın həmin əraziləri də separatşı-cinayətkarlar yığnağından 100%-lik hədlə təmizlənəcək! Bəzi pessimist ruhlular necə ki, gecə yatıb, səhər Azərbaycanın Şanlı Ordusunun düşmənə qarşı əks-hücum əməliyyatlarına başlamasının şahidlərinə çevrildilərsə, növbəti addımların da şahidlərinə çevriləcəklər, özü də mütləq.
Onları ən çox təlaşlandıran məsələ isə düz XANKƏNDİNİN üstündə, ŞUŞA şəhərində dünya azərbaycanlılarının beşinci qurultayının keçirilməsidir!

Erməniləri narahat edən daha bir reallıq onların dünyadakı diasporlarının susqun qalması, uzağı mızıldanması və heç nə etməməsidir. Əbəs deyil ki, “Spryük” adlandırılan erməni diasporu bu dəfə revanşist ermənilərin hədəfinə tuş gəlib və eyni zamanda, Paşinyanın diasporu məhv etdiyi bildirilir. “Azərbaycanlılar Şuşada yerləşər-yerləşməz artıq öz qurultaylarını keçirirlər”, deyə erməni mediası yazır.
Onları ən çox təlaşlandıran məsələ isə düz XANKƏNDİNİN üstündə, ŞUŞA şəhərində dünya azərbaycanlılarının beşinci qurultayının keçirilməsidir!
Beləliklə, isterika və aqoniya sintezinin bir arada cəmləşməsi faktoru həm də təəccüblü görünmür. İlk növbədə, saç-başlarını yolan revanşistlər iyirmi ildən çox bu ölkəyə rəhbərlik ediblər və yalnız xaricdəki diasporalarının maliyyə yarıdmları altında həm yaşayıb, həm də ciblərini doldurublar, ac-yalavac, qaraçı halındakı xalqı isə sadəcə öz məqsədləri naminə sui-istifadə ediblər.
Növbəti qurultay XANKƏNDİDƏ keçiriləcək!

Və nəhayət – Azərbaycan reallığının qarşısında diz çökdüyünü, məhv olduğunu anlayan hay-şivənçi erməni naturallığı başqa seçim yolunu da görmürlər. Artıq onların qarşılarında bir danılmaz fakt dayanır – Azərbaycan işğaldan azad edilmiş ərazilərini yenidən qurur, inşa edir, abadlaşdırır, dirçəldir, ayağa qaldırır. Üstəlik, bütün dünyanın azərbaycanlıları ŞUŞAYA toplaşırlar – həm qurultay keçirməyə, həm də Cıdır Düzündən, Şuşa Qalasından Xankəndiyə səs salmaq üçün. Çünki növbəti qurultayın (növbədənkənar da ola bilər) XANKƏNDİDƏ keçiriləcəyinə də 100 deyil, 1000 deyil, heç 10 min, 100 min də deyil, 1 milyon % (!!!) olan inam mövcuddur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB