“Miatsum” adlı “ideologiya” və havada hazır olan DƏMİR YUMRUQ faktoru! ANALİTİK+AKTUAL
Artıq erməni ictimaiyyəti heç də “miatsum” adlı sərsəm ideologiya barədə danışmayacaqlar, əksinə, sonradan yaradılmış saxta “Ermənistanın” dünya xəritəsindən silinməsi barədə hay-haray qaldıracaqlar
Ötən həftə Ermənistanın siyasi məkanı nəzərəçarpacaq dərəcədə canlanmışdı. Belə ki, Ermənistanın faşizm və ultra-millətçilik ideyası fonunda çıxış edən revanşist qüvvələri Moskvaya “sadiqliklərini” inandırmaq, yaxud baş nazir Paşinyana alternativliklərini sübut etmək üçün yenidən küçələrə çıxmaqla rusiyayönlü oriyentasiyalarından istifadə etməyə başlayıblar. O cümlədən, yeni “mübarizə vasitəsi” kimi 44 günlük müharibədə iştirak etmiş hərbçilər belə İrəvanın əsas meydanında guya “fasiləsiz aclıq aksiyaları” keçirəcəklərmiş. Beləliklə, düşüncə və təfəkkür tərzləri dəyişməmiş, 44 günlük müharibədəki ağır və sarsıdıcı məğlubiyyətlərindən dərs götürməmiş daşnak-faşist ideoloqları “miatsum” adlı hərəkatlarını yenidən dirçəltmək cəhdləri ilə Azərbaycanın ərazilərinə işğalçılıq nəzərləri ilə baxmağa başlayıblar.
Onların başları məhz Azərbaycan əsgərinin ayaqları altında əzilməli olacaq və buna şübhə də yoxdur!
Yalnız Paşinyanı devirmək məqsədi deyil, həm də Qarabağda silahlı müqavimət planlarını açıq ifadə edən bu revanşist qüvvələr təxribatlara əl atacaqlarını da gizlətmirlər. Belə olan halda isə onların “sadiqlikləri” görüntüsü ilə yanaşı, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarını öz təxribatlarının qurbanlarına çevirmək cəhdləri ortaya çıxa bilər.
Lakin təbii ki, bütün bunlar onların fərziyə və planlarıdır və daşnak-faşist ideoloqları bu cəhdlərinə əl atarlarsa, ilk növbədə (!), onların başları məhz Azərbaycan əsgərinin ayaqları altında əzilməli olacaq və buna şübhə də yoxdur.
Bu arada, erməni parlamentinin “Ermənistan” fraksiyasından olan müxalifətçi deputatı Andranik Tevanyan bəyan edib ki, “Vətəndaş sazişi” partiyası erməni xalqının maraqlarına cavab verməyən siyasət yürüdür. Onun sözlərinə görə, artıq Paşinyan Ermənistanda arzuolunmaz fiqura çevrilib, eləcə də baş nazir sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi ilə Qarabağdakı sülhməramlı kontingentinin həmin ərazilərdən çıxmasına şərait yaratmış olur və s.
Parlament müxalifəti milli siyasət məkanında yalnız bir istiqamətə doğru yönəlib – onların erməni separatizmi və terrora meyillilik fikirlərini, maraqlarını bölüşməyən hər kəsə qarşı dözümsüzlük, şiddət, hətta linçləmə siyasətini tətbiq etmək
Lakin revanşistlərin hələ aprelin 6-dan əvvəl, yəni Brüssel görüşünə qədər yaratdıqları səs-küyləri də nəticəsiz qalmışdı. Etiraz aksiyaları keçirmək istəyən müxalifət lazımi qədər tərəfdar toplaya bilmədilər. Beləliklə, Paşinyanın Brüsseldə keçirdiyi görüşü zamanı keçirilən aksiyalar uğursuzluqla nəticələndi...
Bir daha xatırladaq ki, erməni ultra-millətçilərinin “düşüncələri” dəyişilməzdir. Və eyni zamanda, onların əsas hədəfləri yalnız revanşizm üzərində qurulmayıb, həm də parlament binasının divarları arasından hakimiyyətə doğru irəliləmək və iqtidarı ələ keçirməkdir. O cümlədən, belələri üçün sadə insanların həyatları önəmli deyil və yenidən müharibə alovlanarsa, Azərbaycan tərəfindən havada olan dəmir yumruq bir daha enərsə, artıq erməni ictimaiyyəti heç də “miatsum” adlı sərsəm ideologiya barədə danışmayacaqlar, əksinə, sonradan yaradılmış saxta “Ermənistanın” dünya xəritəsindən silinməsi barədə hay-haray qaldıracaqlar.
Daha bir məqam isə budur: istər “Ermənistan”, istərsə də “Şərəfim var” fraksiyalarını təmsil edən müxalifətçi deputatlar arasında ümumiyyətlə post-münaqişə dövründə sülhün bərqərar olması mexanizmlərini formalaşdırmaq qabiliyyətində olan şəxslər mövcud deyil. Ümumiyyətlə, parlament müxalifəti milli siyasət məkanında yalnız bir istiqamətə doğru yönəlib – onların erməni separatizmi və terrora meyllilik fikirlərini, maraqlarını bölüşməyən hər kəsə qarşı dözümsüzlük , şiddət, hətta linçləmə siyasətini tətbiq etmək. Biz burada daşnakçıların illərdən bəri siyasi ideolgiyaları daxilində yer elədikləri “namezis” terror aksiyalarını göstərə bilərik.
Ancaq fakt budur ki, onların istənilən cəhdləri – hətta Azərbaycanın Qarabağ regionundakı silahlı təxribat oyunbazlıqları çox baha başa gələ bilər və belə olan halda zərbəni onlarla yanaşı, bütün erməni ictimaiyyəti də alacaq
Amma tək küçə şüarları ilə erməni əhalisinin diqqətini özünə cəlb etmək də uğursuz plan hesab edilir. Əvvəlki aksiyalar da həmin reallığı isbatlayıb. Həmçinin, belə bir nəticə də hasil etmək olar ki, Ermənistanda “rusoifil” əhval-ruhiyyəsini özəlləşdirmək revanşistlər üçün daha sərfəlidir. Misal üçün, əgər ilin əvvəlində Rusiya revanşistlər ehtiyatlı şəkildə rus hərbçilərinin ünvanlarına müxtəlif tənqidlər yağdırırdılarsa, indiki geosiyasi qarşıdurmada onlar guya “rusiyapərəstlik mövqelərini” tətbiq edir, bu yöndə şüarlarla çıxış edirlər, məsələn, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməklə və s...
Məhz indi ultra-millətçi daşnak ideoloqları Paşinyanın siyasətini etibarsız hesab etməklə onun anti-Rusiya fəaliyyətini atəşə tuturlar, bu vasitə ilə Moskvanın diqqətini özlərinə tərəf cəlb etməyə çalışırlar. Bu müxalifətə hakimiyyət lazımdır və ictimai dəstək görmədən ona sahiblənə bilməzlər. Ancaq fakt budur ki, onların istənilən cəhdləri – hətta Azərbaycanın Qarabağ regionundakı silahlı təxribat oyunbazlıqları çox baha başa gələ bilər və belə olan halda zərbəni onlarla yanaşı, bütün erməni ictimaiyyəti də alacaq. Və onlar heç də Qarabağdakı Rusiya sülhməramlı kontingentinə ümid etməməlidirlər, çünki onlardan fərqli olaraq Azərbaycanın bütün beynəlxalq hüquqlar çərçivəsində öz suveren ərazilərini separatçı tör-töküntülərdən, revanşizm toxumlarından, daşnak-faşist ideologiyasından təmizləməyə həm gücü, həm hüququ, həm də nəhəng xalq dəstəyi var.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB