Ucar rayonun Pirkənd kəndində şəhid Natiq İsmayılovun məzarı ziyarət olunub FOTOLAR
18 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, bir qrup Vətən müharibəsi şəhidlərinin - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid kapitan Elçin İsmayılovun atası Mübariz İsmayılov, şəhid Təbriz Bəkirovun atası Ehtibar Bəkirov, şəhid Coşqun Məmmədovun atası Elnur Məmmədov, şəhid Fərzalı Fərzəliyevin atası Əlimövsüm Fərzəliyev, şəhid Fərid Hüseynzadənin əmisi Natiq Hüseynov, Birinci Qarabağ müharibəsi şəhidi Dünyaz Abdullayevin bacısı Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Bəsirə Abbasova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin, Pirkənd kənd ərazi partiya təşkilatının nümayəndələrinin iştirakı ilə Birinci Qarabağ müharibəsinin şəhidi İsmayılov Natiq Sabir oğlunun doğum günü - 55 illiyi münasibətilə rayonun Pirkənd kənd qəbiristanlığında məzarı ziyarət olunmuş, məzarın önünə çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Daha sonra Pirkənd kənd tam orta məktəbində tədbir keçirilmişdir. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olundu. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsinin daima uca tutulduğunu qeyd etdilər. Şəhidin qardaşı Ağaismayıl İsmayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB