Müşavirədə Prezident bir sıra məsələlərə kompleks şəkildə toxundu - MÜNASİƏT BİLDİRİLDİ

Müşavirədə Prezident bir sıra məsələlərə kompleks şəkildə toxundu - MÜNASİƏT BİLDİRİLDİ

“2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş 12 aprel tarixli müşavirədə Prezident İlham Əliyev kompleks şəkildə bir sıra mühüm məsələlərə toxundu“. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, bunların içərisində əsas istiqamətlərdən birini ərazilərimizin bərpası və kommunikasiyaların açılması təşkil edirdi: “Bu konteksdə Zəngəzur dəhlizinin önəminə toxunan Prezident İlham Əliyev həmin istiqamətdə görülən işlərdən danışdı. Şərqi Zəngəzur iqtisadi rayonu hazırda ən perspektivli rayonlarımızdan biri olmaqla dağ-mədən, kənd təsərrüfatı və aqrar sənaye, o cümlədən Azərbaycanın Qərb ərazilərinə, Naxçıvan və qardaş Türkiyəyə qapı rolunu oynamaqla strateji əhəmiyyət daşıyır. Hazırda həmin istiqamətdə paralel olaraq avtomobil və dəmir yollarının çəkilməsi işləri sürətlə davam etdirilir. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqlarımızın yenidən əkin dövriyyəsinə qaytarılması həyata keçirilir ki, bu da hazırki şəraitdə ərzaq təminatı üçün olduqca vacibdir. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə təqribən 100 min hektara yaxın əkinə yaralı torpaq sahəsi var ki, bu sahələrin böyük əksəriyyəti həm də buğda istehsalı üçün münbit ərazilər hesab edilir. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, ən az 70-75 faiz özümüzü buğda ilə təmin etmək imkanlarımız olmalıdır. Zəngəzur ərazisi həm də bizi Qərbi Zəngəzura birləşdirən mühüm strateji coğrafiyadır. Ona görə də Prezident İlham Əliyev bir daha dəhliz məsələsinə toxundu. Həqiqətən də Zəngəzur dəhlizi ilə bağlı Ermənistan üzərinə götürüyü öhdəliyi yerinə yetirməlidir. Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Bütövlükdə isə 12 aprel müşavirəsi son üç ayın iqtisadi göstəricilərinin yekunu və təhlili olmaqla bərabər həm də önümüzdəki görüləcək işlərlə bağlı fəaliyyət istiqaməti kimi yadda qaldı”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə