Bütün bunlar ölkəmizin uğurlu siyasəti nəticəsində baş verib - MÜSAHİBƏ

Bütün bunlar ölkəmizin uğurlu siyasəti nəticəsində baş verib - MÜSAHİBƏ

Siyasi ekspert Elşad Həsənovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

Brüssel görüşündən sonra regionda vəziyyət necədir? Bu görüş nə ilə yadda qaldı?

- Brüssel görüşü Azərbaycanın diqtəsi ilə keçdi. Çünki bizim uzun illərdən bəri apardığımız balanslaşdırılmış xarici siyasətimiz öz müsbət nəticələrini verməyə başladı. Aprelin 6-da Brüsseldə keçirilən görüşdə Azərbaycanın təqdim etdiyi 5 maddəlik prinsiplər qəbul olundu. Çünki bunlar obyektiv, reallığı əks etdirən məsələlərdir və Ermənistan da bu maddələri qəbul etməyə məcbur oldu. Bu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş verdi. Keçirilən üçtərəfli görüşü Azərbaycanın siyasi qələbəsi saymaq olar. Bu görüşdən sonra cənab Prezident aprelin 12-də 1-ci rübün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdi ki, Brüssel görüşündə “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Eyni zamanda münaqişə söhbəti aradan qaldırılmışdır. Çünki biz 44 günlük müharibə zamanı özümüz qələbə qazandıq. Halbuki bunu beynəlxalq təşkilatlar etməliyidi. Azərbaycan öz uğurlu daxili və xarici siyasəti ilə, ordusunun qəhrəmanlığı ilə münaqişəni həll etdi. “Dağlıq Qarabağ” leksikonu lüğətimizdən çıxarılmışdır. Buna görə Ermənistanda müxalif qüvvələr Paşinyana qarşı mitinqlər, tədbirlər keçirməyə başladılar. Müxalif qrupun lideri bir qurup deputatla Qarabağa gəlmək istədilər. Ancaq Azərbaycanın qətiyyətli tədbiri nəticəsində onlar Qarabağa buraxılmadılar. İlk dəfə idi ki, belə hal baş vermişdir. Bütün bunlar ölkəmizin uğurlu siyasəti nəticəsində baş verib.

Brüssel görüşündən əvvəl Ermənistanda bu görüşə qarşı mitinqlər keçirilmişdir. Bu mitinqlər nəyi ifadə edir?

- Ermənistanda olan hadisələrə ikili baxışla baqmaq lazımdır. Birincisi Ermənistanda qərb yönümlü hakimiyyət var. Reallığı başa düşən, erməni xalqının gələcəyini düşünən və öz siyasi marağını güdən müxalif qüvvələr var. Biz onların hakimiyyətini gördük. Onlar hər zaman müharibəyə çağırış etmişlər. Apardıqları müharibələr də özlərinin yox digər dövlətlərin hesabına olmuşdur. Bu hamımıza aydındır. Hamı bilir ki, Ermənistanla apardığımız müharibədə Ermənistan yox onun havadarlarının köməyi ilə qələbə qazanıblar. Məhz Brüssel görüşündən sonra Paşinyanın çıxışı göstərir ki, Ermənistan sülh şəraitində yaşamalıdır. Beynəlxalq təşkilatlar da tələb edir ki, Azərbaycanla sülh şəraitində yaşansın. Ermənistan rəhbərliyi başa düşür ki, sülh müqaviləsi bağlansa iqtisadi cəhətdən inkişaf edəcəklər. Hətta bu Ermənistanın sonuncu parlament iclasında vurğulanıb. Çünki onlar dünyada olan yaşayışı görürlər.

Paşinyan dəfələrlə çıxışlarında bildirib ki, biz Azərbaycanla avtomobil yollarının açılmasında maraqlıyıq,kommunikasiyaların bərpasında maraqlıyıq. Ermənistanın səmimiyyəti nə dərəcədə inanmaq olar?

- Paşinyan atdığı addımlarda səmimidir. Onun məqsədi erməni xalqını ağ günə çıxarmaqdır. Dövlətini səfalətdən qurtarmaqdır və onun partiya yoldaşları da bunu sonuncu parlamet çıxışlarında göstərdilər. Əhalinin əksəriyyətinin sülh istədiyini bildirdilər. Çünki başqa yol yoxdur. Biz artıq öz gücümüzlə, qardaş Türkiyənin müttəfiqliyi ilə qələbə qazanmışıq. Artıq biz onları sülhə məcbur edirik. Bu gün onlar sülh imzalamasalar bu onların ziyanına olacaq. Hər iki dövlətin Xarici İşlər nazirlərinin görüşündə sülh sazişinin hazırlanması ilə bağlı qərar verilib.

Fransanda yeni pezident seçilərsə bunun Azərbaycan və Ermənistana təsiri necə olacaq?

- Fransada seçkilər zamanı namizədlər hər zaman erməni diasporasının köməyinə arxalanıb, onlara vədlər verirlər. Ancaq dövlətin öz siyasəti də var. Bundan əlavə də beynəlxalq ictimaiyyət var. Onların Ermənistana edə biləcəyi dəstək siyasi dəstəkdir. Makron nə qədər çalışsa da heç bir şeyi dəyişə bilmədi. Ermənilərə verdiyi vədləri demək olar ki, yerinə yetirdi. Güman edirəm ki, bu seçkilərdə Makron yenidən qələbə çalacaq və o öz siyasətini davam etdirəcək. Son dövrdə Makronun siyasətinə baxdıqda görürük ki, o Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh bağlamasının qaçılmaz olduğunu anlayır. Ermənistanın gələcəkdə bir ölkə kimi var olmasını istəyirlərsə bu sülh imzalanmalıdır. Onların da təsiri ancaq buna dəstək olmaq ola bilər.

Ermənistanda olan separatçı qüvvələri silahlandırmağın məqsədi nədir? Yenidən müharibə istəyirlər?

- Rus revanşistlərinin belə siyasətləri var. Marağı olduğu ölkələrdə həmişə qaynar nöqtələr yaradırlar və onları guya sakitləşdirməyə çalışırlar. Sərhəd hissələrə yerləşdirilən rus sülhməramlıları Ermənistandakı revanşistləri təlimatlandırırlar ki, gələcəkdə onların məqsədinə xidmət etsinlər. Bu gün üçtərəfli bəyannamədə olan bir çox şərtlərə əməl edilsədə əsas müddəalara əməl okunmayıb. Silahlı dəstələr Azərbaycan ərazsindən tam çıxarılmayıb. Güman edirəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası problemi həll edildikdən sonra hər şey düzələcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə