Ukraynada ailə hava hücumundan qorunmaq üçün qeyri-adi addım atdı

Ukraynada ailə hava hücumundan qorunmaq üçün qeyri-adi addım atdı

Ukraynanın Kiyev vilayətində yerləşən və Rusiyanın hücumlarından ən çox zərər çəkən şəhərlərdən biri olan Qostomeldə bir çox ev yararsız hala düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müharibənin ağır yaralarını daşıyan şəhərdə bir ailə Rusiyanın hücumlarına qarşı mərmərdən istifadə edərək evinin bağçasına “Uşaqlar var” yazıb. Ailənin müharibə qarşısında çarəsizliyini göstərən yazı pilotsuz təyyarə ilə görüntülənib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə