Azərbaycan faktiki olaraq Minsk Qrupundan imtina edib - DEPUTAT AÇIQLADI

Azərbaycan faktiki olaraq Minsk Qrupundan imtina edib - DEPUTAT AÇIQLADI

"Cənab Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün nəticələri ilə bağlı keçirilən müşavirədə çox ciddi məsələlərə toxundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti göz qabağındadır: "30 il ərzində onlar turizm səfərindən başqa heç nə etməyiblər. Mahiyyətcə Ermənistanın mövqeyini müdafiə ediblər. Təsadüfi deyil ki, Minsk Qrupu bir dəfə də olsun Ermənistan tərəfini işğalçı adlandırmadı. Torpaqlarımızın xarabalığa çevrildiyi halda ermənilərin qayğısına qaldı. Artıq Minsk qrupuna Azərbaycan xalqının etimadı yoxdur. Azərbaycan faktiki olaraq Minsk qrupundan imtina edib. Prezident həmçinin onu ifadə etmək istəyir ki, Azərbaycan və Ermənistan öz aralarındakı münasibəti ikilikdə həll etməlidirlər. Müşavirə zamanı cənab Prezident həmçinin Brüssel görüşünə də toxundu. Qeyd etdi ki, Ermənistan Azərbaycanın 5 şərtini qəbul edib. Bu şərtlərin qəbul edilməsi bizim maraqlarımıza uyğundur. Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Azərbaycan uğurlu, diplomatik siyasəti ilə ikitərəfli münasibətlə məsələnin həll olunmasına nail ola bildi".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə