Törədilən soyqırımlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir - MÜNASİBƏT BİLDİRİLDİ

Törədilən soyqırımlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar, qanlı terror cinayətləri növbəti dəfə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu günlərdə ABŞ Dövlət Departamentinin rəsmi saytında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə bağlı faktların yer alması erməni faşizminə verilən doğru və ədalətli qiymətdir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti bəyan edir ki, 2020-ci ildə etnik erməni qüvvələri azərbaycanlı əsirləri qəddarlıqla qətlə yetirib, işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyub: "Sənəddə həmçinin hazırda Azərbaycan Baş Prokurorluğunin Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarlıqların axtarışını aparması xüsusi vurğulanır. Bu da mühim məqamdır. Məlumdur ki, azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır, vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların meyitlərinin qalıqları tapılır. Ermənilər işğal zamanı və 30 illik işğal dövründə xalqımızın milli, dini, tarixi keçmişinə qarşı da vandalizm aktları həyata keçirib. Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. Bu faktların da Dövlət Departamentinin hesabatına salınması müsbət haldır. Hesabatda həmçnin 2020-ci ildə Ermənistanın hərbi kapitulyasiyasından sonra 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olması, xeyli sayda insanın yaralandığı qeyd edilir. Hesab edirəm ki, bunlar Ermənistan dövlətinin əsl simasını, cinayətkar mahiyyətini ortaya qoyur və bütün dünyaya göstərir. Ermənilərin rəzil, qaniçən, faşist əməllərini beynəlxalq ictimaiyyət tanıyır.

Bütün bunlar eyni zamanda Azərbaycan diplomatiyasının növbəti uğurudur. Haqq səsimizin dünyaya çatdırılması, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliğ edilməsi, xüsusilə də Prezident İlham Əliyevin uzun illər apardığı informasiya müharibəsi öz bəhrəsini verir.

Əlbəttə ki, ABŞ Dövlət Departamentinin yaydığı bu faktlar erməni vandalizmini və ləyaqətsizliyini tam əks etdirmir, bunlar erməni cinayətlərinin yalnız bir hissəsidir. 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistan Azərbaycanın dinc yaşayış məntəqələrini qadağan edilmiş ağır silahlarla atəşə tutdu və yüzlərlə mülki əhali şəhid oldu. Ermənilərin bu hərbi cinayətlərinə dünya ictimaiyyəti hər hansı sərt reaksiya verdimi? Təəssüf ki, yox. Bu, Azərbaycana qarşı yürüdülən ikili siyasətin növbəti göstəricisi idi. Bütün dünyaya yaxşı məlumdur ki, erməni quldur dəstələri 80-ci illərin sonlarından başlayaraq azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirib, xüsusi amansızlıqla qətliamlar törədib. Ermənilərin törətdiyi Xocalı soyqırımı bəşəriyyətin ən qanlı cinayətlərindəndir.

Ermənistanın törətdiyi cinayətlər nəinki bəyanatlarda, hesabatlarda əks olunmalı, bu vəhşilikləri həyata keçirən qaniçənlər bir-bir məsuliyyətə cəlb edilməli, layiqli cəza almalıdırlar. Dünyanın nüfuzlu ölkələri, beynəlxalq təşkilatlar buna nail olmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə