Danışıqlar Rusiyanın maraqlarına xidmət etmir - BEYNƏLXALQ EKSPERT DANIŞDI

Danışıqlar Rusiyanın maraqlarına xidmət etmir - BEYNƏLXALQ EKSPERT DANIŞDI

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir. Hesab edirəm ki, bu səfər zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi, əldə olunmuş sülhün möhkəmləndirilməsi, Ermənistanla-Azərbaycan arasında bir çox istiqamətləri özündə əks etdirən sülh razılaşmasının detalları müzakirə olunacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, 6 aprel Brüssel görüşündən öncə Rusiya prezidenti Valdimir Putin Azərbaycan və Ermənistan dövlətlərinin Baş naziri ilə telefon danışıqları apardı: “Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslərin məhz Rusiyanın domenantı ilə idarə olunduğunu və həll yollarının axtarıldığı mesajını çatdırmağa çalışmışdır. Lakin Brüssel görüşündə hesab edirəm ki, liderlər arasında çox ciddi fikirlər mübadilə edildi və müəyyən nəticələr əldə olundu.

Ermənistanın və Azərbaycanın Cənubi Qafqazdakı münasibətlərinin tənzimlənməsi ilə bağlı 5 təməl prinspin qəbul edilməsi fikrinin səsləndirilməsi görüşün ən mühüm müsbət nəticələrindən biridir. Paşinyanın səfərində də, bu məsələlər əsas müzakirə mövzusu olacaq. Xüsusilə də Azərbaycanla Ermənistan arasında ikitərəfli və heç bir tərəfin iştirakı olmadan münasibətlərin qurulması istiqamətində edilən cəhdlərin mümkün qədər qarşısı alınmağa çalışılacaq. Çünki Rusiya tərəfi çalışır ki, bu iki dövlət arasındakı münasibətlərin tənzimlənməsində daima iştirak etsin. Həmçinin Qarabağ bölgəsində sülhməramlı qüvvələrin iştirakının davamlılığının təmin edilməsinə zərurət yaratsın. Azərbaycanın ciddi cəhdlə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işçi qrupunun yaradılması və bu istiqamətdə işlərin keçirilməsi ilə bağlı müzakirələrin getdiyi indiki dövrdə Rusiya bu məsələləri uzatmağa çalışacaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə