Brüssel görüşündən sonra Ermənistanda siyasi vəziyyət kifayət qədər gərginləşib. Xüsusən də Azərbaycanın ayrılmaz ərazisi sayılan Qarabağı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın keçmiş rəhbərliyi daha canfəşan görünür. Başı məhkəmələrə qarışan Koçaryandan fərqli olaraq Sarkisyan artıq meydanlarda görünməyə başlayıb. Paşinyanın atdığı addımları müzakirə, səhvlərini ittiham edir. Bəzən indiki baş nazirə Azərbaycanla danışıqlarda nələri demək, hansı məqamlardan yayınmağı öyrətməyə çalışır. Amma indiyədək etdikləri müqabilində cəmiyyət hələ də ondan üz çevirir, Paşinyan haqqında dediklərinə isə əhəmiyyət vermir.
Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarında Qarabağın ərazi məsələsi yox, hüquq məsələsi olduğunu deməsi parlamentdə çaxnaşmaya səbəb olub. Onları satqınçılıqda ittiham edən bir qrup müxalifətçi deputat parlamentdə hakim partiyanın yalanlarına qulaq asmaqdansa Qarabağa səfər etmək və orada onları anlayacaq birisi ilə fikir mübadiləsi aparmaq həvəsinə düşüblər və...
Əsl mərəkə də bundan sonra başlayıb. Müxalifətçilərin Qarabağa yürüşünü öncə erməni hərbçiləri alıblar. Ermənilərin Aravusadlandırdıqları kəndin yaxınlığında deputat qrupu ilə söhbətlər aparılıb. Amma onlar bir az da irəli gediblər. Bu dəfə isə Rusiya sülhməramlı qüvvələrinin əsgərləri onların qarşısına çıxıb və ikinci "sarı vərəqə"ni də ruslardan alıblar. Erməni əsgərlərə irad bildirməyən deputatlar düşüblər sülhməramlıların üstünə. Bu qalmaqalın əks-sədası başı Ukrayna ilə müharibəyə qarışmış Rusiyadan gəlib. Bu azmış kimi müxalif deputatların yadına ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ və Fransa düşüb. Hər iki ölkənin rəsmi dairələri də "hay"ların səsinə hay veriblər. Amma...
Əmması da budur ki, Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi olmaq kimi vacib bir tapşırığı həll etməyi öhdəsinə götürmüş dünyanın 3 ən rol iri dövləti bir cılız Ermənistanın əlində qaldılar. 28 il İrəvanın şıltaqlığına əl çaldılar. Anlamadılar ki, bu ikibaşlı oyunlar onların nüfuzlarını aşağı salır. Bu gün Azərbaycan həm BMT-nin 4 qətnaməsinə, həm də üç həmsədr dövlətin 28 illik "turist diplomatiyası"na rəğmən Qarabağ problemini təkbaşına birdəfəlik həll etdi. Dağlıq Qarabağla birgə ATƏT-in Minsk qrupunun da mövcudluğuna son qoyuldu. Hər iki həmsədr ölkə - ABŞ və Fransa həmsədrlik missiyasını artıq davam etdirmək gücündə deyillər. Çünki bir tərəfdən Ukraynada baş verənlərə rəğmən Rusiya ilə Cənubi Qafqazda birgə fəaliyyər göstərmək şansı qaçırılıb. Dünyanın bir regionunda düşmən, digər bir ucunda dost olmaq sadəcə, mümkün deyil. Digər bir tərəfdən, həmsədrlərin həll etməli olduqları Qarabağ problemi artıq yoxdur.
Qayıdaq erməni deputatların Xankəndi səfərinin əngəllənməsinə. Bu hadisədən sonra Rusiya sülhməramlıları hədəfə alınıb. Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları növbəti dəfə tənqid atəşinə tutulub. Həm Xarici İşlər Nazirliyi, həm də Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup müxalifət deputatının Xankəndini İrəvanla birləşdirən Laçın dəhlizindən keçməsinə icazə verilməməsindən narazılığını bildirib. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası yenidən qalmaqalın mərkəzində olub. İndiyədək Ermənistan vətəndaşları sülhməramlıların nəzarət etdikləri əraziyə məhdudiyyətsiz daxil ola bilirdilər. Müxalifət deputatları qrupu bu qaydadan bəlkə də ilk ciddi istisna oldu.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları (rəhbəri baş nazir Nikol Paşinyandır) müxalifətçiləri kəskin tənqid edərək, onların bu hərəkətini rəsmi İrəvanın regionda sülh bərqərar etmək səylərini puça çıxarmaq cəhdi adlandırıblar. “Bu cür hərəkətlər müharibənin qızışdırılmasına yönəlib”, – deyə "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Qurgen Arsenyan müxalifətçilər görüş zalını tərk etdikdən dərhal sonra bildirib. “Burada belə bir fikir səsləndirildi ki, onlar Qarabağa erməni vətəndaşlarını qorumaq üçün gedirlər. Mən bunun əksini təsdiq edirəm: onlar indi Qarabağa gedirlər, həm orada yaşayan erməniləri, həm də Ermənistan Respublikasının vətəndaşlarını təhlükə altına alırlar. Bunu nəzərə alın”.
Laçın dəhlizində baş verənlərlə bağlı “Ermənistan” fraksiyasından olan deputat Aqnes Xamoyan məlumat verib. “Qarabağın Aqavno kəndi yaxınlığındakı Rusiya nəzarət-buraxılış məntəqəsinə çatmazdan əvvəl bizim avtomobilimiz erməni sərhədçilərinin xidmətdə olduğu keçid məntəqəsində saxlanılıb. Pasportlarımız diqqətlə yoxlanıldığı və məlumatlar yazıldığı üçün nəzarətin gücləndiyini dərhal hiss etdik, bu heç vaxt baş verməyib”, - deyə siyasətçi bildirib, lakin bunun səbəbini açıqlamayıb. Görünür, bilmirdilər. Sonra açıq şəkildə bildirdilər ki, Qarabağa girişimizə qadağa qoyulmasının səbəblərini hər iki tərəfdən, Ermənistan və Azərbaycan hakimiyyətlərindən soruşmalıyıq”. Deputatın postda olan sülhməramlılara heç bir şəxsi iddiası yoxdur. Onun sözlərinə görə, onlar nəzakətli olublar və sadəcə olaraq rəhbərlərinin əmrlərini yerinə yetiriblər.
“Qarabağı təcrid etmək üçün konspirativ sövdələşmənin və sonradan ermənilərin çıxarılmasının daha bir faktı üzə çıxdı. Maraqlıdır ki, Azərbaycan hakimiyyəti ilə indiki Ermənistan hakimiyyətinin bizim səfərimizə reaksiyası eyni və bir-birini tamamlayır”, - deyə müxalifət nümayəndə heyətinin üzvlərindən biri İşxan Saqatelyan bildirib.
Bu arada Ermənistan Xarici İşlər Nazirliyi və Nikol Paşinyan özü gözlənilmədən siyasi opponentlərinin müdafiəsinə qalxmaq qərarına gəlib və sülhməramlıların hərəkətlərini tənqid edib. “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçularının Ermənistan Milli Assambleyasının bir qrup deputatının Dağlıq Qarabağa daxil olmasına imkan verməməsindən narahatdır”. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Dağlıq Qarabağın Ermənistanla Laçın dəhlizi vasitəsilə birləşdirilməsi. Bəyanatın bütün tərəfləri onun hərfinə və ruhuna ciddi əməl etməli, həmçinin öhdəliklərini yerinə yetirməlidirlər”.
Bir neçə saat sonra İrəvan Moskvadan sülhməramlıların qeyri-adi sərt davranışının səbəbləri ilə bağlı cavab alıb. “Rusiya hakimiyyəti erməni tərəfinə mümkün təxribatların qarşısını almaq üçün Ermənistan parlamentinin müxalifətçi deputatlarının Qarabağa buraxılmadığını izah edib”, - xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı deyib.
Bu arada Azərbaycan parlamentinin üzvü Rasim Musabəyov xatırladıb ki, Bakıda Rusiya sülhməramlı kontingentinin (RMK) hərəkətləri artıq dəfələrlə narazılıq yaradıb. Lakin indi cənab Musabəyovun sözlərinə görə, Rusiya hərbçiləri ədalətli davranıblar. “Bakı RSQ ilə işgüzar əlaqələri saxlamağa və razılaşdırılmış qaydalara cavab verən bütün addımları düzgün qiymətləndirməyə hazırdır. Sadəcə olaraq, özünüzü ərazinin sahibi və ya ermənilərin müdafiəçisi kimi təqdim etməyə ehtiyac yoxdur və başa düşməlisiniz ki, Azərbaycan Respublikasının suveren ərazisində məhdud vaxt və məkanda sülhməramlı missiya həyata keçirilir”. Deputat bildirib ki, separatizmi dəstəkləmək yolverilməzdir.
Bəli, nə qədər ki, Qərb sparatizmi dəstəkləyəcək heç bir münaqişə bitməyəcək. Bu, Qərbin ikili standartlarındandır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB