"ATƏT-in Minsk Qrupu demək olar ki, ömrünü başa vurub. ATƏT-in Minsk Qrupunun dirildilməsi Azərbaycan ilə Ermənistan arasında olan münaqişənin yenidən gərginləşdirilməsi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 gün ərzində apardığı müharibə vasitəsilə Dağlıq Qarabağ məsələsi həll olunub: "Artıq Dağlıq Qarabağ adlı məfhum yoxdur. Azərbaycan sərhədlərini müəyyənləşdirib, ərazi bütövlüyünü bərpa edib. Azərbaycan ərazisində qalan bəzi separatçı qüvvələr var. Azərbaycan bununla bağlı qərar verməlidir. Bu qərarın verilməsində beynəlxalq aləm kömək etməlidir. Artıq ATƏT-in Minsk Qrupunun heç bir səlahiyyəti qalmayıb. Cənab Prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə də qeyd etdi ki, bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Çünki ATƏT-in Minsk Qrupu heçnə etmədi. Bundan sonra ATƏT-in Minsk Qrupunun dirildilməsi Azərbaycana qarşı atılmış addımdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB