Əldə olunmuş razılaşmalar Azərbaycanın siyasətinə uyğundur - SİYASİ EKSPERT AÇIQLADI

Əldə olunmuş razılaşmalar Azərbaycanın siyasətinə uyğundur - SİYASİ EKSPERT AÇIQLADI

"Brüsseldə baş tutan üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların bundan sonra nə qədər sabit, davamlı və möhkəm olacağı bəlli olmasa da, amma hər halda Azərbaycan üçün olduqca əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Brüssel görüşünə Azərbaycan və Ermənistanın rəhbərlərinin bölgəmizdə mübahisəli sayılan məsələlərlə bağlı hansı platforma və konsepsiya ilə getdikləri bəlli idi: "Hər kəs bilirdi ki, münaqişədən sonra qalmış mübahisəli məsələlərə yanaşmalarda Azərbaycan və Ermənistanın mövqeləri fərqlidir. Status məsələsi, sərhədlərin delimitasiyası, sülh danışıqlarına başlanılması və s. kimi məsələlərdə hər iki tərəfin mövqeyi bir-birindən kəskin şəkildə fərqlənirdi. Brüssel görüşündə əldə olunmuş razılaşmalar, bəyan edilmiş fikirlərin dərin təhlili göstərir ki, bunlar Brüssel görüşünə qədər ki, Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Brüssel görüşündə əldə olunmuş razılaşmalar Azərbaycanın platformasına tamamilə uyğundur. Vətən müharibəsindən sonrakı müddətdə də dəfələrlə təkrar edilib ki, Azərbaycan sülh sazişinin imzalanmasına tamamilə hazırdır. Brüssel danışıqları da bir daha sübut etdi ki, tərəflər gecikmədən danışıqlara başlamalıdır. Bir sözlə Brüsseldə əldə olunmuş razılaşmalar Azərbaycanın siyasətinə uyğundur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə