Brüssel görüşü Azərbaycanın diplomatik qələbəsidir - POLİTOLOQ ŞƏRH ETDİ

Brüssel görüşü Azərbaycanın diplomatik qələbəsidir - POLİTOLOQ ŞƏRH ETDİ

“Brüssel görüşündə Azərbaycanın tərtib etdiyi 5 maddədən ibarət olan şərtləri Ermənistan tərəfindən qəbul edildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazasdə bildirib.

Onun sözlərinə görə, Ermənistan iki tərəfli danışıqların vasitəçisi olmadan başlanmasını artıq qəbul etdi: “ Hazırda Xarici İşlər Nazirliklərinə sərhədlərinm dermitasiya və demarkasiyası istiqamətində müəyyən tapşırıqlar verilib. Ötən gün Ceyhun Bayramovla Ararat Mirzoyanla arasında telefon danışıqları baş tutub. Göründüyü kimi Brüssel görüşü konkret olaraq irəliləyişə doğru bir addımdır. Bu görüş Azərbaycanın diplomatik nəticəsi kimi qiymətləndirilə bilər. Demək olar ki, proseslər Azərbaycanın diqtə etdiyi bir şəkildə həyata keçirilir. Ermənistan tərəfi artıq ağıllanıb və sülh danışığı üçün səylər göstərilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə