Ermənistan Azərbaycana qarşı bir sıra iddialar irəli sürür - MÜNASİBƏT BİLDİRİLDİ
"Brüssel görüşündən sonra Ermənistan tərəfi xüsusən də Nikol Paşinyan bir sıra iddialar irəli sürür". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan dövlətinə böhtanlar atmağa çalışırlar: "Məsələn, guya azərbaycanlılar ermənilərin etnik təmizlənməsini həyata keçirib, guya azərbaycanlılar erməniləri tamamilə Qarabağın dağlıq hissəsindən qovub çıxarmaq istəyir. Amma etnik təmizlənmənin ən böyüyü azərbaylanlılara qarşı, Azərbaycan dövlətinə qarşı edilib. 8 rayonumuz işğal edilərkən 1 milyondan artıq insan etnik təmizlənməyə məruz qalıb. Onların 30 mindən çoxu yollarda ağır şəraitdə həlak olublar. Ümumiyyətlə Azərbaycana qarşı tətbiq edilən erməni etnik təmizlənməsi çox ağrılı keçib. Əlbəttə bu proseslərdə ruslar da onlara kömək edib.
Azərbaycan dövləti Fərrux yüksəkliyində, Ağdərə rayonunun bəzi hissələrində qoşunların yerdəyişməsini həyata keçirir. Ermənistanın baş narizi Nikol Paşinyanın Rusiyaya səfəri bir sıra məsələləri özündə ehtiva edir. Nikol Paşinyan Moskvaya səfəri zamanı Qarabağın dağlıq hissəsindəki ermənilərin vəziyyətini müzakirə etmək istəyir. Artıq ruslardan bu istiqamətdə təminatlar alıblar. Lavrov “Biz erməniləri heç kəsin ayağına verməyəcəyik” fikrini işlətməklə bir növ Azərbaycanı təhdid edib. Rusiya Ukrayna hadisələrindən sonra da özlərini sakit aparmaq istəmirlər. Azərbaycan dövlətinə qarşı məkirli niyyətlər güdürlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB