Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələri ən yüksək səviyyədədir - SİYASİ EKSPERT AÇIQLADI

Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələri ən yüksək səviyyədədir - SİYASİ EKSPERT AÇIQLADI

"Bu gün Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələri ən yüksək səviyyədədir. Türkmənistan orta Asiyanın karbohidrogen yataqlarla ən zəngin ölkələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Türkmənistanın bu gün Azərbaycana daha çox ehtiyacı var: "Çünki Türkmənistan qazının Avropaya çıxışı məhz Azərbaycan vasitəsi ilə mümkündür. Əlbəttə ki, Azərbaycan da bu əlaqələri və etibarı qazanmaq yolunda yetərincə addımlar atıb. Bilirik ki, Türkmənistan hər ölkəyə yaxın əlaqələr qurmur, məhz Azərbaycanın qurduğu tərəfdaşlıq sayəsində bu gün bu ələqələr inkişaf edib.

Türkmənistan Türkiyə və Azərbaycanın da üzv olduğu Türk Dövlətləri Şurasının üzvüdür. Bu təşkilatda da bu ölkələr arasında çox yaxşı əlaqələr formalaşmışdır. Düşünürəm ki, bu ələqələr gələcəkdə regionda yeni ererji, iqtisadi və mədəni layihələrin meydana gəlməsinə səbəb olacaq".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə