Oğuz rayonunun Xalxal kəndində şəhid Vüsal İsmayılovun məzarı ziyarət olunub FOTOLAR

Oğuz rayonunun Xalxal kəndində şəhid Vüsal İsmayılovun məzarı ziyarət olunub FOTOLAR

Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhid olan baş gizir Vüsal Nəbi oğlu İsmayılovun doğum günü münasibətilə Oğuz rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları şəhidimizin doğulduğu və dəfn olunduğu Xalxal kəndində məzarını, adına ucaldılmış abidə-bulaq kompleksi ziyarət edib, ruhuna dualar oxunub, məzarı üstünə qərənfillər düzülüb.

Qeyd edək ki, Vüsal İsmayılov 1980-ci il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub.Vüsal İsmayılov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşı. Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xalxal kəndində dəfn olunub. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. İsmayılov Vüsal xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.

Ruhu şad, məkanı cənnət olsun!

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə