Modest Kolerov: “Minsk qrupu dekorasiya kimi istifadə edilir” Ermənipərəst baş redaktor
“Rusiya delimitasiyanın vacibliyi barədə fikir bildirib, lakin Brüssel memorandumu bunu publik şəkildə vacibə çevirdi. Deməli, siyasi məsuliyyətin tamamı Avropa İttifaqı üzərindədir”. SİA xəbər verir ki, bu sözləri NEWS.am-a ermənilərə yaxınlığı ilə seçilən “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerov deyib.
“Bununla yanaşı, delimitasiya ilə bağlı danışıqların özü illərlə gedə bilər, bu danışıqlar uzunmüddətlidir. Yalnız bundan sonra delimitasiyanın nəticələri, yəni yerlərdəki demarkasiya ilə bağlı da həmin illər tələb ediləcək. Məhz bundan sonra ritorika üzərində qurulmuş deyil, əsl sülh sazişi mümkündür”, deyə Kolerov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın vaxtı çoxdur. Belə ki, özünün əsas suallarını həll edib. Belə ki, İrəvanın vasitəçilik mərkəzini Rusiyanın əlindən Aİ-yə dəyişməsinə baxmayaraq (Azərbaycanın-R.R.) tələsməyə ehtiyacı yoxdur.
Kolerov bir daha deyib ki, vasitəçilik Minsk qrupunda olan Rusiyanın əlindən qrupun digər təmsilçiləri olan Fransanın və ABŞ-ın əlinə deyil, məhz Avropa İttifaqının əlinə keçid edib: “Bəs Avropa İttifaqının buraya hansı aidiyyatı var? O haradadır? ATƏT-in Minsk qrupu Avropa İttifaqı, Birləşmiş Ştatlar deyil və onlar da Avropa İttifaqı deyillər. Yəni Minsk qrupu Fransanın və ABŞ-ın bir hissəsi olaraq dekorasiya kimi istifadə edilir, real vasitəçilik isə Aİ-nin əlinə keçid edir. Bu necədir? Bu hansısa yenilikdir, inqilabi yenilik. Kimsə Ermənistanı Aİ-yə qəbul edir? Yoxsa Ermənistanın Aİ ilə assosiasiyası nə isə verəcək?...”, deyə “Regnum”un baş redaktoru sual edib.
O suallarını davam edib: “Avropa İttifaqının neçə min sülhməramlısı Qarabağda dayanır? Sıfır. Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə nəyə ümid edir? Mən bilmirəm. Nədir? Nəyin xətrinə? Kim-kimə nə söz verib? Heç kim heç kimə heç vaxt söz verməyib”.
Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları qarşılığında qazın və neftin nəqlinin Aİ-yə nəqlində mənfi tərəflər əks olunacaq, Azərbaycan isə Avropa İttifaqının neft-qaz üzrə sevimli rəfiqinə çevrilir.
“Siz demək istəyirsiniz ki, Aİ-nin iqtisadi maraqları baxımından Ermənistan və Azərbaycan bərabərdirlər? Yox. Budur sərhədlərin təbii vasitəçilik imkanları”, deyə Kolerov bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB