Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - MN

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə