Gənclər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işləri aparılır - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad olundu. Erməni vəhşiliyinə məruz qalmış torpaqlarımızda aparılan yenidənqurma işləri kecmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıdacaqlarından xəbər verir. Lakin düşmən azad olunmuş ərazilərə yüz minlərlə mina, çoxlu sayda partlamamış hərbi sursatlar basdırmışdır ki, bu da əhali üçün ciddi təhlükə yaradır.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən gənc nəsilin, xüsusilə kecmiş məcburi köçkün olan tələbələr arasında mina təhlükəsizliyi barədə maarifləndirmə işinin aparılması məqsədi ilə növbəti tədbir kecirilib.
Tədbirdən öncə Aprel şəhidlərinin timsalında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədr müavini, birliyin təsisçisi Abbas Pənahov layihə haqqında geniş məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) aparıcı mütəxəssisi Zamiq Aslan çıxış edərək Mina təhlükəsizliyindən ətraflı danışaraq, ANAMA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib.
Tədbir daha sonra müzakirələr və təlimçi Sürayyə Səfərovanın iştirakı ilə seminar formatında davam edib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB