Azərbaycanın ABŞ ilə hər zaman çoxşaxəli əməkdaşlığı olub - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“Azərbaycanın ABŞ ilə hər zaman çoxşaxəli əməkdaşlığı olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollozadə bildirib. Onun sözlərinə görə, ilk növbədə təhlükəsizlik və enerji sahəsində bu əməkdaşlıqlar qurulub: “Hazırda dünyada cərəyan edən proseslər yenə də diqqəti Azərbaycana cəlb edir. Çünki Azərbaycan ABŞ-ın əsas müttəfiqlqərinin enerji təhlükəsizliyi istiqamətində işlər görür. Azərbaycan terrorla mübarizədə də hər zaman fəal olub. Bu istiqamətdə hər zaman Azərbaycanın ən müasir xüsusi qüvvələri var. Buna görə də düşünürəm ki, bizim əməkdaşlığımız davamlı olacaq. Azərbaycan qardaş Türkiyə ilə birgə bir sıra istiqamətlərində bölgədə sabitlik əməkdaşlıq tərəfdaşlıq mühiti yaratmaq üçün öz işlərini davam etdirəcək. ABŞ da bununla bağlı Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışacaq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB