Ermənistan nümayəndə heyəti yanlış informasiya vermək istəyirdi - Sahibə Qafarova
“MDB Parlament Assambleyasının 30 illiyi ilə bağlı Qazaxıstanda keçirilən tədbirdə Ermənistan nümayəndə heyəti özünü elə aparırdı ki, guya onlar bizə sülh təklif edirlər”. SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, onlara cavab verməmək isə mümkün deyildi: “Ona görə də tez-tez vaxt götürərək ermənilərin iddialarına cavab verirdim. Ona görə də, bildirdim ki, sülh təklifini biz vermişik. Həmişə olduğu kimi, bu dəfə də yanlış informasiya vermək istəyirdilər, amma alınmadı”.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB