Bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verir - DEPUTAT ŞƏRH ETDİ

Bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verir - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan ATƏT-ə müstəqilliyini bərpa etdikdən qısa bir zamandan sonra, yəni 1992-ci ildə üzv olub. Ancaq bu beynəlxalq təşkilat daxilində geniş və hərtərəfli fəaliyyətə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu müddət ərzində hər iki tərəfin marağını təmin edəcək münasibətlər qurulub: “Bu gün Azərbaycan ATƏT-lə sıx əməkdaşlıq edir və ATƏT-in siyasətini müəyyənləşdirilməsində aktiv rol oynayır. Həm hökumət, həm parlament xətti ilə ATƏT-in strukturlarında aktiv fəaliyyət göstərir.

Azərbaycan bundan sonra da Avropanın bu nüfuzlu təşkilatı ilə geniş əməkdaşlıq etmək əzmindədir. Bu məsələdə biz ATƏT tərəfindən də müsbət reaksiya görürük. ATƏT rəsmilərinin Parlament Assemblyası xətti ilə rəsmi şəxslərin vaxtaşırı Azərbaycana səfərləri ATƏT-in Azərbaycan ilə münasibətlərdə maraqlı olduğunu göstərirlər. Bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verir və beynəlxalq birlikdə sülhün və təhlükəsizliyin təmin edilməsində böyük rol oynayır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə