“Brüssel görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atıla bilər” AÇIQLAMA

“Brüssel görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atıla bilər” AÇIQLAMA

“Aprelin 6-da Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcək və bu barədə anonsun yayılması da göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün və təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, görüş çərçivəsində ötən il dekabr ayının 14-də keçirilmiş təmaslara uyğun olaraq sülh gündəliyinin davam etdirilməsi gözlənilir: “Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin modiratorluğu ilə ötən il keçirilmiş görüş müsbət nəticələrlə yadda qaldı. Avropa İttifaqı regionda sabitliyin əmin-amanlığın təmin olunmasında genişmiqyaslı şəkildə fəaliyyət göstərir və bu fəaliyyətin nəticəsidir ki, Azərbaycanda Avropa İttifaqı ilə keçirilmiş danışıqlara xüsusi önəm verir. Bu formatda keçirilmiş danışıqlar Ermənistan Azərbaycan və Rusiya arasında keçirilmiş üç tərəfli danışıqlar formatın da bir alternativdir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun dirçəldilməsi istiqamətində Ermənistan tərəfi bir sıra təşəbbüslər həyata keçirir və Avropa İttifaqı yavaş-yavaş ATƏT-in Minsk Qrupu formatını əvəz etməkdədir. Çünki tərəflər bu formatda keçirilmiş görüşlərə də xüsusi əhəmiyyət verirlər. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanla münasibətləri normallaşdırılması və sülh müqaviləsinin imzalanması kontekstində rəsmi İrəvana 5 maddəlik təklif irəli sürmüşdür”.

İlyas Hüseynov onu da bildirdi ki, təkliflər beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir: “O cümlədən, münasibətlərin normallaşması üçün ən əlverilşi təkliflər paketidir. Ermənistan tərəfi nə qədər bu təklifləri qəbul edərək sülh müqaviləsinin imzalanmasına müsbət yanaşarsa, bir o qədər Cənubi Qafqazda təhlükəsizlik mühiti güclənər. Digər önəmli məsələ, Avropa məkanını təmsil edən Polşanın və İtaliyanın xarici işlər nazirlərinin regiona son səfərləridir. Nəzərə almaq lazımdır ki, hər iki dövlət Avropa İttifaqını təmsil edir. Bu baxımdan, İtaliyalı və Polşalı diplomatların regiona səfərləri, həm də 6 aprel tarixində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün tənzimlənməsi və müəyyən mənada nəbz yoxlaması kimi dəyərləndirilir və eyni zamanda, Brüssel görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində də mühüm addımlar atıla bilər. Bu görüşə böyük ümidlər var. Çünki Ermənistanın parlamentinin spikeri Alen Simonyan da MDB Parlamentlərarası Assambleyada keçirilmiş görüşdə bildirmişdir ki, Ermənistan 5 maddəlik prinsiplərə müsbət yanaşır və onları qəbul edir. Lakin 5 maddəlik prinsipə hər hansısa əlavələrin edilməsi şərtlərin də irəli sürülməsi yolverilməzdir. Məsələlər məhz Azərbaycanın irəli sürdüyü təkliflər əsasında tənzimlənməli və yekun sülh müqaviləsi imzalanmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə