Bu döyüşləri Azərbaycan xalqı unutmur, unutmayacaq - MÜNASİBƏT BİLDİRİLDİ
“Aprel döyüşləri 2020-ci il sentyabrın 27-də baş verən 44 günlük Zəfərimizin müjdəçisidir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, ordumuzun nəyə qadir olduğunu o zaman düşmənə göstərmişik: "Bizim gücümüzü anlamaq istəməyən düşmən və onun havadarları bu Zəfərlə bizim yenilməz olduğumuzu gördü. Azərbaycan ordusu düşməni məhv etdi və torpaqlarımızı işğaldan azad etdi. 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin hələ tam öyrənilmədiyini deyə bilərəm. Hələ də çox məsələlər incələnməyib. Həmin zamanlarda döyüşdə iştirak edən döyüşçülərimiz hələ də müharibə veteranı adını almayıblar. Çünki əsgərlərimiz orada qəhrəmancasına torpaqlarımızı müdafiə ediblər. Düşünürəm ki, təkcə 2020-ci ilin Vətən müharibəsinin iştirakçıları yox, həm də aprel döyüşlərində iştirak edən veteranlarımız da ordenlə təltif olunmalıdırlar. Aprel döyüşlərinin üzərindən 6 il keçsə də hələ bir sıra məqamlar öz həllini gözləyir.
Aprel döyüşlərinin tərbiyəvi əhəmiyyəti vardır. Aprel döyüşlərini Vətən müharibəsindən ayırmaq olmaz. 2016-cı ildə xeyli sayda qəhrəmanlarımız öz torpaqlarımı qorumaq üçün canından keçmiş, düşmənin dərinliklərinə qədər irəliləyib onları məbluğ etdilər. Horadizin, Naftalanın təhlükəsizliyi təmin olundu. Talış və Lələtəpə istiqamətlərində bir çox uğurlar əldə olundu. Bu uğurların davamı da 2020-ci ildə davam etdirildi. Bu döyüşləri Azərbaycan xalqı unutmur, unutmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB