Azərbaycanın əldə etdiyi uğurlarının kökündə Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır
11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq dörd il ötür. Əvvəlki seçkilərdə olduğu kimi, 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində də Azərbaycan xalqı müdrik bir seçim edərək öz taleyini növbəti 7 ildə yenidən cənab İlham Əliyevə həvalə etdi. Ötən 4 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib. Son 4 ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə böyük uğurlara imza atılıb. Əslində, ümummilli lideimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ildən başlanan yolu, cənab İlham Əliyev yeni tarixi şəraitə, yeni çağırışlara uyğun olaraq uğurla və qətiyyətlə davam etdirir. Bugünkü müstəqil Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü, böyük beynəlxalq nüfuza malikdir, etibarlı tərəfdaşdır. İndi Azərbacan iki böyük beynəlxalq təşkilata, BMT-dən sonra dünyada ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməkdədir. Təkcə bu iki fakt Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə onun beynəlxalq nüfuzunun sübutu kimi qəbul edilir. 2003-cü ildən başlanan islahatlar, son 4 ildə həyatımızın bütün sahələrini əhatə etməklə cənab Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə daha qətiyyətlə, əzmlə, uğurla davam etdirilir və öz nəticələrini verir. Ölkəmiz bütün sahələrdə heç vaxt olmayan uğurlar qazanır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bütün bu uğurların kökündə xalqla iqtidarın sarsılmaz birliyi, cənab İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır.
Bugünkü dünyanı cənginə alan koronavirus pandemiyası dövründə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin gördüyü tədbirlər əhali tərəfindən yüksək dəyərləndirilir və ölkə rəhbərinə olan inamını, sabaha ümidini daha da artırır. Azərbaycan xalqı əmindir ki, onun taleyi etibarlı əllərdədir, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.
Çünki Prezident İlham Əliyev 18 illik prezidentlik dövründə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiq qalıb. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində ulu öndər Heydər Əliyev ideyalarına sadiqdir və ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir, Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Və bu gün son 18 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir.
Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin 18 aprel 2018-ci il tarixdə keçirilmiş andiçmə mərasimindəki nitqində yaxın gələcəkdə ölkəmizi gözləyən II Qarabağ - Vətən müharibəsinin də anonsunu verilmişdir: “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır... Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın... Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir... Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır... Bu onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bu onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha güclü olmalıyıq və olacağıq!”
Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharəti və “dəmir yumruğ”u nəticəsində Qarabağ Azərbaycandır reallığı cəmi 44 günə mümkünsüzü mümkün etdi! Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB