Əməkdaşlığın bir çox istiqamətləri müəyyən edilib - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və Çin Respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq, diplomatik münasibətlər, qədim və zəngin dostluq ənənələrindən irəli gəlir: "Belə ki, Azərbaycan və Çin xalqlarını 2000 il bundan öncə tarixi İpək Yolu birləşdirirdi. Bu gün tarixi İpək Yolu yeni formatda bərpa olunur. Bu istiqamət üzrə Azərbaycanla Çin arasında sıx əməkdaşlıq əlaqələri formalaşır.
Dövlətlərimiz arasında çox gözəl əlaqələr təşəkkül tapıb, dövlətlərarası əməkdaşlıq yüksək səviyyədə inkişaf edib. Ötən 30 il ərzində diplomatik əlaqələr qarşılıqlı inam və etimad əsasında davam etdirilir. Bu iki dövlət arasında əməkdaşlıq yüksələn müstəvidə davam etdirilir, əməkdaşlığın bir çox istiqamətləri müəyyən edilib. Bu gün Azərbaycanla Çin arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi əlaqələr də getdikcə inkişaf etdirilir. Logistika, telekommunikasiya, humanitar və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün də əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsidə tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Çinlə əməkdaşlıq daha da güclənib. Qarabağda, Şərqi Zəngəzurun iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə Çinin şirkətləri də cəlb olunub. Həmin şirkətlər böyük əzmlə çalışır. Düşünürəm ki, bu da münasibətlərin inkişafına xeyli təkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB