Prezidentin gördüyü hər bir iş təqdirəlayiqdir - DEPUTAT ŞƏRH ETDİ
“Cənab Prezidentin nəinki son 4 ildə gördüyü işlər, eyni zamanda 18 ildən artıqdır həyata keçirdiyi fəaliyyətini, qısa zaman kəsiyində gördüyü işləri saysaq kitaba, dəftərə sığmaz”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, Prezidentin son 4 ildə gördüyü hər bir iş təqdirəlayiqdir: “2020-ci il tarixində 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbələr bütün işlərin zirvəsində durur. Çünki o qələbəni əldə etmək təsadüfi deyil. Azərbaycanın ərazi bütövlüyünü bütün dünyaya tanıdan məhz bu qələbəmiz oldu. Bu məsələlər diplomatik və siyasi baxımdan çox böyük zəhmət tələb edirdi. Bu işin nəticəsi də onu göstərir ki, cənab Prezident böyük işlər görmüş və bu işlər hər kəsə bəllidir. Digər tərəfdən Azərbaycan iqtisadiyyat baxımından ən inkişaf etmiş ölkələr sırasına daxil olub. Hazırda Azərbaycan dünya iqtisadiyyatına daxil olur və ölkəmiz xarici şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi tanınıb, qəbul olunur. Ölkəmizə iqtisadi yatırımlar həyata keçirilir.
Bununla bərabər ordu quruculuğu istiqamətində də önəmli addımlar atılıb. Azərbaycan ordusu dünya səviyyəsində artıq özünü göstərmiş bir ordudur. Psixoloji cəhətdən düzgün formalaşmış, hərbi təlimlərin yüksək səviyyədə həyata keçirildiyi bir orduya sahibik. Müasir silah-sursatlarla istifadə qaydaları, onlardan döyüş zamanı necə istifadə etmək lazım olduğu bu cür hərbi təlimlər zamanı aydın şəkildə öz əksini tapır. Bunların hamısı yekun nəticə etibarilə ilə təbii ki, 44 günlük müharibədə qələbə qazanmağımıza səbəb oldu.
Eyni zamanda dövlətimizin həyata keçirdiyi əsas tədbirlərdən biri də vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində çox böyük və uğurlu addımlar atılmasıdır. Yəni mərhələli şəkildə bu proqram hələ də davam etdirilir. Görülən işlər və xalqın rifahının yaxşılaşdırılması nəticəsində də hazırda xalq-iqtidar birliyinin olması da göz önündədir.
Gənclərimizin üzərində də dövlət dəstəyi yüksək səviyyədədir. Bu gün 44 günlük Vətən müharibəsində əldə olunan uğurların bariz nümunəsi elə ondan ibarətdir ki, orada iştirak edən gənclərimiz vətənpərvər ruhda böyümüşdülər. Gənclərimizin xaricdə təhsil almasına da böyük önəm verilir. Nəticə etibarilə də bu gün artıq dünyada bir çox sahələr üzrə Azərbaycan göz qabağındadır. Azərbaycan öz torpaqlarını məhz beynəlxalq hüquqlara əsaslanaraq azad etdi. Daha da vacib məsələ ondan ibarətdir ki, cənab Prezidentin azad olunmuş ərazilərə dərhal səfərləri baş tutdu. Artıq məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaq. Bu bizim üçün əlçatmaz bir arzu idi. Lakin cənab Prezidentimiz başda olmaqla ordumuzun qələbə qazanması nəticəsində biz yenidən Qarabağımıza qovuşduq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB