Azərbaycan İtaliyanın III ən böyük qaz tədarükçüsü olub - XİN başçısı
2021-ci ildə Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 7 milyard kubmetr təbii qaz nəql edib və bu ölkənin III ən böyük "mavi yanacaq" tədarükçüsü olub. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla görüşdə danışıb.
“Bu gün iki ölkə arasında əlavə əməkdaşlıq imkanlarını müzakirə etdik, o cümlədən Azərbaycanda son vaxtlar böyük diqqət yetirilən alternativ enerji sahəsinin inkişafına dair fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu sahəyə də italyan şirkətləri çox böyük maraq göstərəcək”, - deyə azərbaycanlı nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB