Prezident Azərbaycanı regionun ən güclü dövlətinə çevirərək söz sahibi edib - DEPUTAT ŞƏRH ETDİ

Prezident Azərbaycanı regionun ən güclü dövlətinə çevirərək söz sahibi edib - DEPUTAT ŞƏRH ETDİ

"2018-ci il 11 aprel tarixində cənab Prezident İlham Əliyev xalqın əksəriyyətinin səsini qazanaraq növbəti dəfə prezident seçilib. Bu, Azərbaycanın inkişaf strategiyasının ideologiyasını müəyyən edən Yeni Azərbaycan Partiyasının seçimi idi. Bunu əsaslandıran mühüm arqument cənab İlham Əliyevin Prezident olduğu dövrdə nəinki ölkə daxilində, eyni zamanda dünya miqyasında beynəlxalq nüfuzunun artması idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.


Onun sözlərinə görə, cənab Prezident Azərbaycanı regionun ən güclü dövlətinə çevirərək söz sahibi edib: “Bəşəriyyətin Üçüncü Dünya müharibəsinin astanasında olduğu bir vaxtda Prezident İlham Əliyevin ilk dəfə prezident seçiləndən bugünkü günə qədər fəaliyyətinə nəzərə yetirsək Azərbaycanı nüfuz sahibi etdiyini görə bilərik. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin əsas təminatçı ölkələrindən biridir. Xalqın rifahının da inkişaf etdiyi göz önündədir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyev 2018-ci ildə prezident seçiləndə andiçmə mərasimində Azərbaycan iqtisadiyyatının, bütün sahələr üzrə inkişafının mərkəzində məhz Azərbaycan vətəndaşının durduğunu qeyd edib: “Bu istiqamətdə atılan addımların da qısa müddətdə şahidi olduq. Koronavirusla mübarizədə dünyanın nə edəcəyini bilmədiyi halda cənab Prezidentin strategiyası ilə Azərbaycan iqtisadiyyatında əldə olunmuş uğurlar sayəsində xalqın sosial vəziyyətinin pisləşməməsi üçün atılan addımlar idi. 2018-ci il seçkilərində İlham Əliyevin qarşıya qoyduğu hədəf inkişaf edərək gələcəyə baxış strategiyası idi. Bu konsepsiya sürətli şəkildə həyata keçirilməyə başladı.

Rusiya-Ukrayna müharibəsinin qlobal müstəvidə bütün ölkələrə təsir etdiyi bir dövrdə belə Azərbaycan dünya siyasətində Qoşulmama Hərəkatının sədri olaraq öz prinsiplərinə sadiq olan bir dövlət kimi özünü göstərmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi nüfuza malik olan, dünya dövlətlərinin dialoqunda istinad edilə biləcək bir liderdir. Hesab edirəm ki, Azərbaycanın gələcəkdə daha böyük uğurları olacaq. Bütün bunlarla yanaşı, İlham Əliyevin ən böyük xidmətlərindən biri də onun hərbi sərkərdə kimi Qarabağ yaramızın sağalması üçün mübarizəyə rəhbərlik etməsi oldu.

30 il düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması tariximizin qızıl səhifəsidir. Bununla da cənab Prezident İlham Əliyev dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəldi. Bütün Azərbaycan xalqı da siyasətin uğurla həyata keçirilməsi üçün cənab Prezidentin ətrafında toplanmalıdır. Bundan sonra Azərbaycanın qorunması və inkişafı üçün cənab İlham Əliyevi hələ uzun illər və xeyli işlər gözləyir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə