Uğurlu addımları ilə Zəfər gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyev
2018-ci ilin aprel ayının 11-də səsvermə hüququna malik olan vətəndaşların 74.3% iştirakı ilə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postu uğrunda sayca 8-ci rəsmi seçki oldu.
Səkkiz namizədin iştirakı ilə şəffaf, azad, demokratik şəraitdə keçirilən bu seçki marafonunda Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev, seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və andiçmə mərasimində çıxış etdi:
“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
İlham Əliyev cənablarının prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçir. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənir, dövlətimiz güclənir, onun qüdrəti və iqtisadiyyatı daha da artır, Vətənimizin beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə inkşaf edir.
“O, xalqın ümididir, Sabaha inamıdır.
Yanında divanı da, Haqq-ədalət anıdır.
O, hər kəsin dostudu, Xalqın qəhrəmanıdır.
Hər kəsin prezidenti, İlham Heydər oğludur! Ulu Öndər oğludur!” (Fikrət Qoca)
Bu seçkilərdə Azərbaycan xalqı inkişafa, tərəqqiyə, təhlükəsizliyə, möhkəm gələcəyə, haqqa-ədalətə səs verdi, görülən işlərə səs verdi.
“Bir adamın dövlət xadimi olması üçün hər şeydən əvvəl idarə edəcəyi cəmiyyətlə dost olması, dostluq qurması lazımdır” (Mustafa Kamal Atatürk)
Seçkilərdən əvvəl beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”ların seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşməsi bir daha onu göstərdi ki, xalqı ilə səmimi dostluq quran, xalqının həqiqi dostu olan İlham Əliyev cənabları həqiqətən də, Azərbaycan xalqının iradəsi ilə qalib oldu.
“Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun”. (Heydər Əliyev)
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü idi.
2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə siyasi müstəqillik sayəsində öz taleyinin sahibi olan Azərbaycan xalqı, ona rəhbərlik etməyə mənəvi haqqı olan, yalnız, İlham Əliyev cənablarına etimad göstərməklə, ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. (Heydər Əliyev)
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı.
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” (İlham Əliyev)
Davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının rəhbərliyi dövrlərini əhatə edən 2003-2018-ci illər, tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu.
“İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir”.
2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirdi. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşdı və MDB məkanında liderliyini qoruyub saxlayır. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınır. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cüdür. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.” (Heydər Əliyev)
Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirdi. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar oldu.
Hər zaman ədalətin tərəfini tutan cənab prezident uzun illər dünya birliyinin ikili siyasətinin daşlı kəsəkli yollarına baxmayaraq, sonunda Azərbaycanımızı qələbəyə, milli birliyi, istiqlaliyyətə apardı. 44 günlük müharibənin sonunda bizi dünyanın ən xoşbəxt xalqına millətinə çevirdi. Bu haqda cənab prezident belə buyurdu: “Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.
Azərbaycan Respublikasının Prezidenti rəhbərlik etdiyi dövrlədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Ordusunun təchizatını, silah-sursatını, texnikasını, döyüş qabiliyyətini sürətli inkişaf etdirdi və bu baxımdan da, ordumuz dünyanın güclü orduları sıralarından birinə daxil oldu.
“O, Allahın kəlamını, könlündə bir yazı bilir, Dünyanın ağır yükünü, çiyinlərində gəzdirir”. (Leyla Əliyeva)
2020-ci ilin 27 sentyabr tarixindən başlayan 44 günlük vətən müharibəsi bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin necə bərpa olunduğunu göstərdi. Bu zəfəri ilə Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev cənabları Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi adını Ölkə tarixinə qızıl hərflərlə yazdı.
“O, müqəddəs bir gündə, Xalqı naminə doğuldu, Cəhalətin kor kölgəsi, Onun nuruyla yox oldu!” (Leyla Əliyeva)
Mürsəl Mürsəlov
Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB