Dörd günlük müharibə - Azərbaycanın qürur tarixi ŞƏRH

Dörd günlük müharibə - Azərbaycanın qürur tarixi ŞƏRH

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il aprelin 2-də quduzlaşmış Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçərək. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, ordumuzun, xalqımızın gücünün göstəricisi olduğunu bildirib: «Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir».

Bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu, gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi - "Dağlıq Qarabağ Respublikası" separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, "qüdrətli və məğlubedilməz erməni ordusu"nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da, yenə də Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində parlaq tarixi qələbələrlə tarixə qəhrəmanlıq səlnaməsi kimi həkk olundu. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qüdrətli Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Eyni zamanda, Aprel zəfəri illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifini dağıldı və bir daha erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Və bir daha erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Həmçinin, rməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.

Həmişə öz xalqının arxasında dayanan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi yolunda fədakarlıq göstərən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğısına daima diqqəttdə saxlayıb. Məhz ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərini xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görüldü.

Müdrik insanların dəfələrlə söylədiyi "Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" - ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər. 2 Aprel xarici uğurlu qələbəbimiz də, məhz Azərbaycan dövlətinin, Azərbaycan ordusunun, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan, və ölkə başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyevin davam edən, yaşadılan tərəqqinin məntiqi nəticəsidir! Və 2020-ci il, 27 sentyabrda növbəti hərbi təxibata əl atan erməni silahlı qüvvələrinə Azərbaycanın tutarlı və dağıdıcı əks-hücum əməliyyatlarının hədəfinə çevrildi, 44 gün ərzində erməni ordusu adında heç nə qalmadı.

Bir sözlə, Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqətin, silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu.Bir sözlə, Aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir. Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq.

ELMAR ƏHMƏDOV,

YAP Səlyan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə