01 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və bir qrup partiya fəalı, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədzadə Mürşüd Müdahil oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Evoğlu kənd qəbiristanlığındakı məzarını ziyarət edərək qəbri üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etmişlər. Sonra Tərtər rayon Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə həmin kənddə yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidə üzərinə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə məktəb kollektivinin hazırladığı ədəbi bədii kompozisiya da nümayiş etdirilmişdir. Rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Ali Baş Komandanın dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, bildirmişdir ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızla daim fəxr edib onları qürurla anacaq. Rayon təşkilatının sədri Eldar Əsədov və fəallar şəhidin valideynləri və yaxınları ilə görüşərək onlara başsağlığı vermişlər. Şəhidin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm prezident Cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB