Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı keçiriləcək.

SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Putinin bir neçə telefon danışığı keçirəcəyi planlaşdırılır. Onlardan birini artıq Türkiyə tərəfi elan edib. Biz Ərdoğanla telefon danışığının keçiriləcəyini təsdiqləyirik", - deyə D.Peskov bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan ötən gün Özbəkistan səfərindən qayıdarkən həm V.Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar keçirəcəyini bildirmişdi. V.Zelenski ilə danışıqlar ötən axşam baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə