Bu, Azərbaycanla Böyük Britaniya arasındakı əməkdaşlığın bariz nümunəsidir - HƏRBİ EKSPERT AÇIQLADI
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasət yürüdür. Azərbaycanın milli maraqlarına uyğun olaraq həm hərbi, həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dünyanın bir çox ölkələri ilə ikitərəfli əməkdaşlığımız var". Bu sözləri SİA-ya açıqlamasında hərbi eskpert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğundur, başqa ölkələrə qarşı deyil: "Böyük Britaniya ilə iqtisadi əməkdaşlığımız var. Dünyanın ən böyük şirkətlərindən biri olan “BP” şirkəti ilə iqtisadi əlaqələrimiz var. Böyük Britaniya dünyanın nüfuzlu ölkələrindən biridir. Həm Qarabağ, həm də İkinci Vətən müharibəsi məsələsində də Azərbaycanın yanında durdu. Hazırda Böyük Britaniya ilə hərbi əməkdaşlığımız davam edir. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib. Bu, Azərbaycanla Böyük Britaniya arasındakı əməkdaşlığın bariz nümunəsidir. Bu səfərlər qarşılıqlı olacaq. Müasir silahlara yiyələnmək baxımından dünyanın nüfuzlu ölkələri əməkdaşlıq edir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB